Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səhiyyə Nazirliyindən "donuz qripi" AÇIQLAMASI

Səhiyyə Nazirliyindən "donuz qripi" AÇIQLAMASI

Date: 9 January 2016 12:19

"Lazımı dərman ehtiyatı yaradılıb, müvafiq tədbirlər həyata keçirilir..."

“İndiyədək “donuz qripi” ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal qeydə alınmayıb”.

 

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Rakif Abdullayev deyib.

 

O bildirib ki, indiyədək virusla bağlı müraciət daxil olmayıb: “Müraciətlər yalnız hər il olduğu kimi mövsümi qriplə bağlıdır”.

 

R. Abdullayev əlavə edib ki, qripin müalicəsi üçün lazımı dərman ehtiyatı yaradılıb. Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin “donuz qripi” ilə bağlı imzaladığı əmrlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

 

Qeyd edək ki, Azərbaycanda qonşu olan İranda ötən il 33, bu il isə Türkiyədə 13 nəfər “donuz qripi” epidemiyasının qurbanı olub.


Tags:  Səhiyyə Nazirliyindən donuz qripi AÇIQLAMASI

RƏYLƏR


Top news