Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabah çətir götürməyi unutmayın

Sabah çətir götürməyi unutmayın

Date: 9 January 2016 12:27

Sabah Azərbaycanda havanın yağmurlu olacağı gözlənilir.

9 yanvar Azərbaycanda hava proqnozu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 10-da hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcəşaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti,dağlarda gecə 0-5 dərəcə şaxta,yüksək dağlıq ərazilərdə5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.


Tags:  azerbaycanda hava proqnozu 9 yanvar hava proqnozu hava seraiti

RƏYLƏR


Top news