Bakıda maşın yandı (VİDEO)

Bakıda maşın yandı (VİDEO)
12:31 9 Yanvar 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda avtomobildə yanğın baş verib.

ANS TV-nin məlumatına görə, yanğın kadrları hətta ətrafdakı sürücülər tərəfindən də həvəskar şəkildə çəkilib. Müəyyən edilib ki, “Ford Tranzit” markalı kiçiktutumlu yük maşını Cavadxan küçəsi ilə metronun Nəsimi stansiyası istiqamətində hərəkət edib. Ancaq həmin yolun Mirmahmud Kazımovski küçəsi ilə kəsişdiyi yolayrıcına çatdıqda avtomobil qəfildən alışmağa başlayıb. Bunu görən sürücü özünü avtomobildən bayıra atıb. Hərəkətdə olan nəqliyyat vasitəsini isə ətrafda olan şəxslər yola daş maneələr ataraq saxlaya bilib. Yanğın o qədər güclü olub ki, bir neçə dəfə partlayış da müşahidə edilib.

Bundan sonra hadisə yerinə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanan avtomaşın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində soyuducu funksiyası daşıyan yük maşınına ciddi ziyan dəyib. Xəbərə görə, sürücü özü də yanıq xəsarətləri alıb. Yaralı Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimal kimi avtomobilin elektrik sisteminin yaranmış qısaqapanma göstərilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR