Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD-ə qarşı plan hazırlandı

İŞİD-ə qarşı plan hazırlandı

Date: 9 January 2016 12:34

Ağ ev İŞİD qruplaşmasının və digər ekstremist qrupların təbliğatına qarşı mübarizə aparmaq üçün yeni planını açıqlayıb. 

 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, ekstremizmə qarşı müqavimət göstərmək üçün ölkə daxilində və sərhədlərdən kənarda yeni bölmələr yaradılacaq. Əsas diqqət qruplaşmaların internetdəki təbliğatlarına yönələcək. Daxili İşlər Departamenti və Ədliyyə NazirliyiABŞ-ın terrorizmlə mübarizəsini gücləndirmək üçün yeni işçi qrupları yaradacaq.

 

Dövlət Departamenti isə bu məsələ ilə beynəlxalq səviyyədə məşğul olacaq. Bu məqsədlə qarşılıqlı fəaliyyət üzrə qlobal mərkəzin yaradılması planlaşdırılır. Mərkəz xaricdəki tərəfdaşlarla, hökumət və qeyri-hökumət təşkilatları ilə işləyəcək.

 

“The Washington Post”un məlumatına görə, Obama administrasiyasının rəsmiləri Kaliforniya ştatındakı “Silikon vadisi”ndə “Apple”, “Facebook”, “Twitter” və digər şirkətlərin rəhbərləri ilə görüşəcək. 


Tags:  İŞİD-ə qarşı plan hazırlandı


RƏYLƏR


Top news