Bazar günü üçün HAVA PROQNOZU

Bazar günü üçün HAVA PROQNOZU
12:34 9 Yanvar 2016
48 Sosial
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 10-da gözlənilən hava şəraiti haqqında məlumat yayıb. Lent.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək,  gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət  75-85 faiz təşkil edəcək.

 

 

Azərbaycanın rayonlarında isə yanvarın 10-da hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta,  yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz  3-8 dərəcə isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR