Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“El-Çapo” ləqəbli meksikalı narkobaron yenidən həbs olunub

“El-Çapo” ləqəbli meksikalı narkobaron yenidən həbs olunub

Date: 9 January 2016 13:03


Bakı, 9 yanvar, Nihad Budaqov, AZƏRTAC 
Meksika Prezidenti Enrike Pena Nieto keçən ilin iyulunda ölkənin ən güclü qorunan həbsxanalarından biri sayılan “Altipano”dan qaçmağı bacaran “El-Çapo” (balacaboy) ləqəbli narkobaron Xoakim Quzmanın yenidən həbs olunduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Meksika Prezidenti öz “Twitter” səhifəsində məlumat verib.
Meksika Donanmasından edilən şərhdə isə təhlükəsizlik qüvvələrinin Sinaloa əyalətindəki Mos Moçis şəhərində bir evə basqın təşkil etdikləri bildirilib. Basqın zamanı yaranan atışmada Quzmanın adamlarından beşinin öldüyü, bir təhlükəsizlik işçisinin də yaralandığı qeyd edilib. Quzman isə qarşıdurma zamanı yaralanıb. Təhlükəsizlik qüvvələri evdən səkkiz tüfəng, bir tapança, bir əl bombası və sair götürüb.
Qeyd edək ki, 1993-cü ildə 20 il azadlıqdan məhrum edilən Quzman ilk dəfə 2001-ci ildə həbsxanadan qaçmışdı. Polis narkobaronu 2014-cü ilin fevralında həbs etməyə müvəffəq olsa da, o, 2015-ci ilin iyulunda yenidən qaça bilmişdi. Dünyanın ən təhlükəli narkobaronu hesab olunan “El-Çapo” ABŞ-ın demək olar ki, bütün kokain bazarını əlində cəmləyən Meksikanın iri narkokarteli Sinaloanı öz nəzarətində saxlayır.

Tags:  El-Çapo ləqəbli meksikalı narkobaron yenidən həbs olunub


RƏYLƏR


Top news