Teleseriallar bizə nə verdi?

Teleseriallar bizə nə verdi?
13:03 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanda milli teleserialların çəkilişinə başlanıldıqdan sonra televiziya məkanı teleseriallarla bağlı durğunluqdan çıxa bildi. Bunu Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva milli teleserialların əhəmiyyətindən danışarkən deyib.

J.Əliyeva bildirib ki, əgər 10 il bundan əvvəl teleserial anlayışı bizim üçün bayağı, əlçatmaz bir sənət nümunəsi idisə, milli teleserialların çəkilişinə başlanıldıqdan sonra bu anlayış dəyişdi və bu sahədə irəliləyiş oldu: “Amma təbii ki, bu sahədə təcrübəmiz azdır. Düzdür, dünya səviyyəli film rejissorlarımız var, amma teleseriallar başqa bir sahədir. Ümid edirəm ki, Azərbaycanda gələcəkdə bu sahədə daha yaxşı təcrübə formalaşacaq”.

Millət vəkili qeyd edib ki, bəzən teleseriallara qeyri-ciddi sənət nümunəsi kimi baxırlar: “Amma əhalinin bütün təbəqələrini düşünmək lazımdır. Cəmiyyət milli teleserialları daim izləyir. Əgər bütün dünyada bu tendensiya varsa, bizdə niyə olmasın?”

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2478412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR