"Airbus" təyyarəsinin yükü tapıldı, axtarışlar dayandırıldı

"Airbus" təyyarəsinin yükü tapıldı, axtarışlar dayandırıldı
16:57 30 Dekabr 2014
71 Dünya
Ölkə mətbuatı
A- A+

Xilasedicilər bu gün axşam “Air Asia Indonesia” aviaşirkətinə məxsus “Airbus” təyyarəsinin yükünü tapıblar. Qaranlıq düşməsi ilə əlaqədar axtarış işləri dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti İndoneziya KİV-nə istinadən xəbər yayıb.

“Detik.com” portalının məlumatına görə, yükü ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “Hercules” təyyarəsi tapıb. Təyyarənin qalıqları və onun daşıdığı yükün salamat qalan 65 faizi aşkar edilib.

Təsdiqlənmiş məlumata görə, bu gün axşam indoneziyalı xilasedicilər sudan altı nəfərin cəsədini çıxarıblar. Lakin bəzi mətbuat orqanları xilasedicilərin radio ilə danışıqlarına istinad edərək dənizdən 40-dan artıq cəsədin çıxarıldığını bildirirlər.

Yerli xilasedicilərin sözlərinə görə, axtarış-xilasetmə əməliyyatının aparıldığı rayonda dalğaların hündürlüyü 4 metrə çatır və güclü yağış yağır.

Xatırladaq ki, dekabrın 28-də aviadispetçer xidməti İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan Malayziyanın "Air Asia" şirkətinin təyyarəsi ilə əlaqəni itirib. Onun göyərtəsində 162 nəfərə yaxın sərnişin olub. Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 06:17-də QZ 8501 reysi ilə əlaqəni itirib. İndoneziya Nəqliyyat Nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrut tələb ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/316793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR