"Bank Respublika" 3 filialını bağlayır

"Bank Respublika" 3 filialını bağlayır
13:43 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Xidmət şəbəkəsində effektivliyin artırılması məqsədilə 1 fevral 2016-cı il tarixindən etibarən "Bank Respublika" Şəki, İmişli və Göyçay filiallarının fəaliyyətini dayandırır. Bu barədə Trend bankın saytına istinadən məlumat verir.

Ölkənin maliyyə sistemində yaranmış vəziyyəti, həmçinin qeyd olunan filialların rentabellik və potensial baxımından aşağı səviyyədə olmasını nəzərə alaraq, bank filiallarını bağlanması haqqında qərar verdi.

Bununla yanaşı, Şəki, İmişli və Göyçay filiallarının müştərilər qarşısındakı öhdəlikləri (əmanətlər, kreditlər, plastik kartlar, hesablar və digər bank xidmətləri) aşağıdakı qaydada yerinə yetiriləcək:

İmişli filialı Şirvan filialı (Ünvan: Şirvan ş, 20 Yanvar küç, 26А / Telefon: (+99421) 215 66 88)

Şəki filialı – Qax filialı (Ünvan: Qax ş., İ.Mustafayev küç, 3 / Telefon: (+994 24) 255 52 20)

Göyçay filialı – Yevlax filialı (Ünvan: Yevlax ş, H.Əliyev pr, 12 / Telefon: (+994 22) 336 23 42, (+994 22) 336 23 47)


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2478420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR