Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azərreyl” voleybol klubu türkiyəli məşqçini istefaya göndərib

“Azərreyl” voleybol klubu türkiyəli məşqçini istefaya göndərib

Date: 9 January 2016 13:48


Bakı, 9 yanvar, AZƏRTAC
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubu türkiyəli məşqçisi Onat Kurtla yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, buna baş məşqçi Bülənt Karslıoğlunun qərarı səbəb olub. Belə ki, B.Karslıoğlu həmyerlisi ilə işləməkdə maraqlı olmayıb. Nəticədə Onat Kurt 2011-ci ildən çalışdığı komandadan ayrılmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Onat Kurt Azərbaycanda işini davam etdirəcək. O, qadınlardan ibarət Azərbaycan millisində yenə də statistik məşqçi kimi çalışacaq.

Tags:  Azərreyl voleybol klubu türkiyəli məşqçini istefaya göndərib


RƏYLƏR


Top news