“Şəki Aqro İndastris” MMC rayonda heyvandarlığın inkişafında mühüm rol oynayır

“Şəki Aqro İndastris” MMC rayonda heyvandarlığın inkişafında mühüm rol oynayır
13:48 9 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 9 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunda fəaliyyət göstərən “Şəki Aqro İndastris” MMC-nin südçülük-maldarlıq üzrə özəl damazlıq təsərrüfatı rayonda cins maldarlığın inkişafına mühüm töhfələr verir.
AZƏRTAC xəbər verir ki, rayonun Orta Zəyzid kəndinin ərazisində yerləşən müasir tipli bu heyvandarlıq kompleksində hazırda “Holştin-friz” (Hollandiya) cinsindən olan 1160 baş iribuynuzlu heyvan saxlanılır.
Müəssisədən verilən məlumata görə, 2015-ci ildə təsərrüfatda hər 100 baş maldan 84 bala olmaqla, ümumilikdə, 448 buzov alınıb. Ötən il müəssisədə 2 min 432 ton süd istehsal olunub. Hər inəkdən orta hesabla, 4 min 546 kiloqram süd sağılıb.
Xatırladaq ki, 2008-ci ildə dövlətin maliyyə dəstəyi ilə yaradılan bu iri heyvandarlıq kompleksinə fermalar, sağım sexi, laboratoriya və yardınçı tikililər daxildir. Kompleksdə Almaniyanın “GEA” şirkətinin istehsal etdiyi bir mərkəzdən idarə olunan ən müasir avadanlıq quraşdırılıb. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 40 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanması təmin olunur.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seki_Aqro_Indastris_MMC_rayonda_heyvandarligin_inkisafinda_muhum_rol_oynayir-917162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR