Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ötən il Heydər Əliyev Muzeyini ziyarət edənlərin sayı 16 min 900-dən çox olub

Ötən il Heydər Əliyev Muzeyini ziyarət edənlərin sayı 16 min 900-dən çox olub

Deputat: “Cocuq Mərcanlıya qayıtmaq üçün müraciət edənlərin sayı 200-ü ötüb” (17 Mart 2017 16:48)
“Elektron hökumət” portalına müraciət edənlərin sayı artıb (07 Mart 2017 19:07)
Yanıq şöbəsinin müdiri: “Uşaqlarda ən çox isti su yanıqlarına rast gəlinir” (02 Mart 2017 12:12)

Tarix: 9 Yanvar 2016 13:58


Naxçıvan, 9 yanvar, AZƏRTAC 
2015-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət edənlərin sayı 16 min 900-dən çox olub. Bunlardan 1817 nəfəri xarici ölkə vətəndaşlarıdır.
AZƏRTAC xəbər verir ki, muzeydəki 4 min 588 eksponatın hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Muzeyin kitabxana fondunda 581 adda 1189 kitab var. Azərbaycanın müasir dövlətçilik tarixi və ümummilli lider Heydər Əliyevin siyasi irsi ilə maraqlanan hər kəs Heydər Əliyev Muzeyinə üz tutur, tədqiqatçılar burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər.
Ötən il muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələrinin, həmçinin orta təhsil məktəblərinin şagirdlərinin iştirakı ilə muzeydə 208 açıq dərs keçirilib. Ulu Öndərin siyasi irsinin təbliği məqsədilə keçilən açıq dərslərdən sonra iştirakçılar muzeyin ekspozisiyası ilə də tanış olublar.
2015-ci ildə Heydər Əliyev Muzeyində 1127 ekskursiya keçirilib. Muzeyin internet səhifəsini isə 26 min 420 nəfər ziyarət edib.





Teqlər:  Ötən il Heydər Əliyev Muzeyini ziyarət edənlərin sayı 16 min 900-dən çox olub



RƏYLƏR


Top xəbərlər