Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Nardaranda növbəti əməliyyat: 3 nəfər saxlanıldı

Nardaranda növbəti əməliyyat: 3 nəfər saxlanıldı

Nardaran sakini Polis Bölməsinə tüfənglə getdi (20 Mart 2017 13:05)
Nardaran sakini qumbara ilə polis bölməsinə getdi (09 Mart 2017 16:04)
Nardaran sakini avtomat və qumbara ilə polis bölməsinə getdi (09 Mart 2017 12:42)

Tarix: 9 Yanvar 2016 14:37

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirib.

Trend-in məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Muradpur Heydər, 1959-cu il təvəllüdlü Mürsəl Qasımov və 1983-cü il təvəllüdlü Rahib Quliyev şübhəli şəxs qismində saxlanılıb.

M.Heydərin üzərinə baxış keçirilərkən 1,120 qram narkotik vasitə olan marixuana aşkar edilib. Əməliyyat zamanı M.Qasımovdan 1 ədəd qanunsuz saxladığı ov tüfəngi, R.Quliyevdən isə 1 ədəd F-1 qumbarası götürülüb.

Sabunçu rayon məhkəməsinin qərarları ilə saxlanılan şəxslərdən M.Heydər və R.Quliyev barəsində həbs qətimkan tədbiri, M.Qasımov barəsində isə inzibati həbs seçilib.


Teqlər:  nardaran nardaranda emeliyyat nardaranda saxlanilanlar var



RƏYLƏR


Top xəbərlər