Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Vaqif Cavadov "Sumqayıt"ın heyətində ilk qolunu vurub

Vaqif Cavadov "Sumqayıt"ın heyətində ilk qolunu vurub

Millimizin üzvü qol vurdu, alman klubuna xal qazandırdı (18 Mart 2017 20:17)
Premyer Liqa: "Kəpəz" son dəqiqələrdə qələbəni əldən verib (05 Mart 2017 18:17)
"Liverpul" İngiltərə çempionatında "Arsenal"ı məğlub edib (05 Mart 2017 05:02)

Tarix: 9 Yanvar 2016 14:37

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına hazırlaşan "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda I Divizion təmsilçisi "Şərurspor"la qarşılaşıb. 
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisinin yeganə qolunu yeni transfer Vaqif Cavadov vurub.
Qeyd edək ki, "Sumqayıt" növbəti yoxlama oyununu bu gün AZAL-a qarşı keçirəcək.

Teqlər:  Vaqif Cavadov Sumqayıtın heyətində ilk qolunu vurub



RƏYLƏR


Top xəbərlər