Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Qadın hamamda huşsuz vəziyyətdə tapıldı

Qadın hamamda huşsuz vəziyyətdə tapıldı

Date: 9 January 2016 14:54

İsmayıllı rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Milli.az APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 40 saylı evdə qeydə alınıb. Şəhər sakini, 1992-ci il təvəllüdlü Vahidova Elnarə Mübariz qızı evin hamam otağında kustar üsulla quraşdırılan su qızdırıcısından ayrılan dəm qazından zəhərlənib.

Ailə üzvləri onu hamamda huşsuz vəziyyətdə aşkar edib, dərhal həkim çağırıblar.
 
Bir uşaq anası olan Elnarə Vahidova daha sonra İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti normallaşıb.
 
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb.


Tags:  dem qazindan zeherlenme İsmayillida zeherlenme hadisesi

RƏYLƏR


Top news