Bakıda avtobusdan oğurluq edən şəxs tutuldu

Bakıda avtobusdan oğurluq edən şəxs tutuldu
15:17 9 Yanvar 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonunda "Daewoo" markalı xətt avtobusundan açıq talama yolu ilə 24 manat pulu aparmış şəxs tutulub.

Milli.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytında məlumat yayıb.

Belə ki, paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Məcid Qəniyevin idarə etdiyi "Daewoo" markalı xətt avtobusunda sərnişin qismində gedən naməlum şəxs, saxlanc yerində olan 24 manat pulu açıq talama yolu ilə aparıb.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Əli Səmədov tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/396567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR