Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nardaranda növbəti əməliyyat: qumbara, tüfəng, narkotik tapıldı, 3 nəfər saxlanıldı

Nardaranda növbəti əməliyyat: qumbara, tüfəng, narkotik tapıldı, 3 nəfər saxlanıldı

Date: 9 January 2016 15:24

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirib.

Milli.az Trend-ə istinadən bildirir ki, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Muradpur Heydər, 1959-cu il təvəllüdlü Mürsəl Qasımov və 1983-cü il təvəllüdlü Rahib Quliyev şübhəli şəxs qismində saxlanılıblar.

M.Heydərin üzərinə baxış keçirilərkən 1,120 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Əməliyyat zamanı M.Qasımovdan 1 ədəd qanunsuz saxladığı ov tüfəngi, R.Quliyevdən isə 1 ədəd F-1 qumbarası götürülüb.

Sabunçu rayon Məhkəməsinin qərarları ilə saxlanılan şəxslərdən M.Heydər və R.Quliyev barəsində həbs qətimkan tədbiri, M.Qasımov barəsində isə inzibati həbs seçilib.


Tags:  nardaranda emeliyyat nardaranda 3 nefer saxlanildi

RƏYLƏR


Top news