Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İraq Türkiyəni ittiham etdi (FOTO)

İraq Türkiyəni ittiham etdi (FOTO)

Date: 9 January 2016 15:26

İraq ordusunun komandanlığı türk qoşunları ilə İŞİD-ə qarşı birgə əməliyyatlara başlaması haqda yayılan məlumatları təkzib edib.

ANS PRESS-in məlumatına görə, İraq hərbçiləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cümə günü Beşika hərbi təlim düşərgəsinə hücum olunması və nəticədə 18 türk əsgərinin öldürülməsi məlumatlarını inkar ediblər və bildiriblər ki, ölkənin şimalında, Beşika bölgəsində, yaxud digər rayonlarda heç bir insident qeydə alınmayıb.

Dekabrın 4-də türk əsgərləri və zirehli texnikası İraqın Naynava əyalətində xalq qoşunları ilə birgə terrorçularla döyüşmək üçün hazır vəziyyətə gətirilib.

Prezident Ərdoğan hərbi kontingentin İraqda yerləşdirilməsinin Türkiyənin təhlükəsizliyini təmin etmək məqsədi güddüyünü bildirib.

İraq hökuməti Türkiyənin qoşunlarını İraq ərazisindən çıxarması üçün BMT-yə müraciət edib və Ankaranı Beynəlxalq normaları “kobud” şəkildə pozmaqda ittiham edib.


İraqın Baş naziri Heydər əl Abadi

Yanvarın 7-də ABŞ prezidenti Barak Obama ilə İraqın baş naziri Heydər əl-Abadi telefon danışığı zamanı Türkiyə hərbi qüvvələrinin İraqda olmasını müzakirə ediblər. Müzakirə zamanı nazir Türkiyə Silahlı Qüvvələrinin İraqda yerləşməsinə rəsmi Bağdadın icazə vermədiyini bildirərək bunu düşmənçilik və İraqın suverenliyinin pozulması adlandırıb. Obama da öz növbəsində İraqın ərazi bütövlüyünün və suverenliyinin tərəfdarı olduğunu söyləyib.


ABŞ prezidenti Barak Obama

Rəsmi Ağ ev də öz növbəsində bəyanat yayaraq Türkiyəni öz qoşunlarını İraq ərazisindən çıxarmağa çağırıb.
Prezident Ərdoğan isə öz çıxışı zamanı Türk qoşunlarının İraq ərazisinə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirildiyini bildirib.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

2015-ci il dekabrın 4-də “Türkiyə Silahlı Qüvvələri” (TSK) Şimali İraq Mosul əyalətinin Türkiyə sərhədinə yaxın Başika bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. Bölgədəki 80-90 türk əsgərinin sayı 138-ə çatdırılıb.


Türkiyə ordusunun daxil olduğu Mosul şəhəri


Tags:  İraq Türkiyəni ittiham etdi FOTO


RƏYLƏR


Top news