Əli Kərimlinin əmisi oğlu barəsində cinayət işi başlanıb

Əli Kərimlinin əmisi oğlu barəsində cinayət işi başlanıb
15:40 9 Yanvar 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il yanvarın 7-də Fransada məskunlaşmış Azərbaycan Respublikası vətəndaşı Kərimov İnqlab Qüdrət oğlunun “Facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində və kütləvi informasiya vasitələrində paylaşdığı fotoşəkildə odlu silahı – tapançanı nümayiş etdirərək ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarını onların həyatları üçün real zorakılığı özündə əks etdirən öldürməklə hədələmə məzmunlu şərhlər yayması, eləcə də “İŞİD” terror təşkilatının Azərbaycan Respublikasında terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməsi hərəkətlərində cinayət əməllərinin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğundan Azərbaycan Respublikasının Baş Prokurorluğunda həmin faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (Terroçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə, İ.Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.

Qeyd edək ki, ki, İnqilab Kərimov AXCP sədri Əli Kərimlinin əmisi oğludur.


Xəbərin orijinal ünvanı: http://report.az/hadise/kerimov-baresinde-cinayet-isi-baslanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR