Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ADİU-nun rektoru qış imtahan sessiyası ilə bağlı müraciətləri dinləyib

ADİU-nun rektoru qış imtahan sessiyası ilə bağlı müraciətləri dinləyib

Date: 9 January 2016 15:28


Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 9-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Açıq qapı” günü keçirilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən ilk “Açıq qapı”da universitetin rektoru, professor Ədalət Muradov ictimaiyyət nümayəndələri, tələbə və valideynlərin imtahan prosesində qarşılaşdıqları problemləri dinləyib.
Rektor daxil olan təklif və iradların operativ araşdırılıb tədbir görülməsi ilə bağlı məsul şəxslərə müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib. Qış imtahan sessiyasının ilk “Açıq qapı” günündə 45 nəfərin müraciətinə baxılıb.
ADİU-da qış imtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun “Açıq qapı” günləri keçiriləcək. Bundan başqa, imtahanlarda obyektivliyin və şəffaflığın qorunması məqsədilə bütün tədris binalarında qərargahlar yaradılıb. Universitetin “Qaynar xətt” (146-1-3) xidməti də müraciətləri operativ araşdırır.



Tags:  ADİU-nun rektoru qış imtahan sessiyası bağlı müraciətləri dinləyib


RƏYLƏR


Top news