İran Səudiyyədən BMT-yə şikayət etdi

İran Səudiyyədən BMT-yə şikayət etdi
15:29 9 Yanvar 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

“İran ümid edir ki, Səudiyyə Ərəbistanı ağlın səsinə qulaq asacaq”.

 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin BMTbaş katibi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi və bir sıra ölkələrin xarici işlər nazirliklərinə göndərdiyi məktubunda deyilir.

 

“Səudiyyə Ərəbistanı ekstremistləri və terrorçuları dəstəkləməyə davam edə, dinlərarası nifrəti dərinləşdirmək üçün tədbirlər görə, ya da mehriban qonşuluq siyasəti yürüdə və regional təhlükəsizliyə yardım etməkdə konstruktiv rol oynaya bilər. İran bütün hallarda ümid edir ki, Səudiyyə Ərəbistanı ağlın səsinə qulaq asacaq. Çox şey ona işarə edir ki, Səudiyyə Ərəbistanındakı bəzi dairələr regionu irimiqyaslı münaqişəyə sürükləmək məqsədi daşıyır. Eyni zamanda İranda nüvə silahının olması ilə bağlı əsassız açıqlamalarla diqqəti real qlobal təhdidlərdən yayındırırlar”, - deyə məktubda qeyd edilir.

 

Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı Yəmən və digər ölkələrdəki diplomatik missiyalara birbaşa silahlı hücumlar təşkil etməklə İrana qarşı təxribat törədir: “Səudiyyə Ərəbistanında iranlı zəvvarlarla da həmişə pis davranırlar. İran Səudiyyə Ərəbistanının çağırışlarına qarşı cavab tədbirləri görməyərək hətta bu ölkə ilə diplomatik əlaqələri də kəsməyib. İran hökuməti Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyinə və Məşhəddəki konsulluğa hücumları qəti şəkildə pisləyib və bütün Səudiyyə Ərəbistanı diplomatlarının təhlükəsizliyini təmin edir. İran rəhbərliyi Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrin bərpası üçün təcili tədbirlər görüb. Ölkə rəhbərliyi diplomatik missiyaya hücumda əli olan hər kəsin məsuliyyətə cəlb ediləcəyini ən ali səviyyədə elan edib”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228066

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR