Azərbaycan bu ölkədən qırıcılar alacaq (FOTO, VİDEO)

Azərbaycan bu ölkədən qırıcılar alacaq (FOTO, VİDEO)
15:31 9 Yanvar 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Pakistandan JF-17 Thunder qırıcıları alacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Pakistan prezident Məmnun Hüseyn Ravalpindidə Pakistanın Ticarət-sənaye palatasının reyasət heyətinin nümayəndələri ilə görüşdə bildirib.

Məmnun Hüseyn Azərbaycana son səfəri barəsində danışıb. O, bildirib ki, səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.


JF-17 Thunder qırıcısı

Prezidentin sözlərinə görə, Azərbaycanla yanaşı Nigeriyada yaxın vaxtlarda Pakistan istehsalı olan modernləşdirilmiş JF-17 qırıcılarını alacaq.

O, bildirib ki, Nigeriya Pakistandan JF-17 Thunder qırıcısı ilə yanaşı Mashaq təyyarəsidə almaq istəyir.

“JF-17 Thunder” təyyarələrinin uzunluğu 14 metr, qanadlarının eni 8,5 metrdir, maksimal uçuş məsafəsi 3 min kilometrdir. Qırıcı radarlarından yayınmağa qadirdir, 6,529 kiloqram ağırlığında döyüş sursatı-orta mənzilli raketlər və lazerlə hədəfə yönləndirilən bombalar daşımağa qadirdir.

Yüngül “JF-17 Thunder” qırıcıları biryerlidir və Çinin “Chengdu Aircraft Industry” korporasiyası tərəfindən Pakistanla birgə istehsal edilir. Pakistan 2007-ci ildə bu təyyarələri öz hərbi-hava qüvvələri üçün alıb, həmçinin onları öz ərazisində yığmağa başlayıb.

Ümumilikdə isə Pakistan və Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Buna sübut kimi prezident, Azərbaycanda bankın fəaliyyət göstərməsi üçün nizamlama kapitalının 50 milyon manat olduğu təqdirdə Pakistan milli bankına bu məsələdə güzəşt olunduğunu və 10 milyon manatla filialı açmağa icazə verildiyi faktını gətirib.


Pakistan prezidenti Məmnun Hüseyn 2015-ci ilin mart ayında Azərbaycana rəsmi səfərə gəlib. Məmnun Hüseyn səfər çərçivəsində prezident İlham Əliyevlə görüşüb.


Pakistan prezidenti Məmnun Hüseyn və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş


Prezident Məmnun Hüseyn Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəsinin Azərbaycanı tam dəstəklədiyini, Ermənistanla heç bir diplomatik münasibətlər qurmadığını, bunun Azərbaycan torpaqlarının işğaldan azad olunana qədər davam edəcəyini bildirib.

Pakistan Ermənistanı müstəqil dövlət kimi tanımır. Azərbaycanı isə Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə Pakistan olub. (13 dekabr 1991 - red.)


JF-17 Thunder qırıcısı uçuş zamanı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369294

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR