Cənubi Afrika Respublikasında anomal istilər 9 nəfərin ölümünə səbəb olub

Cənubi Afrika Respublikasında anomal istilər 9 nəfərin ölümünə səbəb olub
15:33 9 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, AZƏRTAC
Cənubi Afrika Respublikasının şimal-şərq əyalətində son onilliklərin rekord istisi nəticəsində 9 nəfər həlak olub. Hazırda respublikanın bu regionunda havanın hərarəti Selsi şkalası üzrə 40 dərəcədən yüksəkdir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, əyalətin səhiyyə departamentinin nümayəndəsi Teboqo Deqetvane həyatını itirənlərin 22-58 yaş arasında olduğunu bildirib. Həmçinin 16 nəfər günvurma diaqnozu ilə əyalətin xəstəxanalarına yerləşdirilib.
Yanvarın 7-də Pretoriyada havanın hərarəti 42,5 dərəcəyə qalxaraq temperatur rekordunu yeniləyib.
Xatırladaq ki, hazırda cənub yarımkürəsində yay fəslinin ortalarıdır. Sakit Okean sularının qızmasına və istinin şərqə tərəf yerdəyişməsinə səbəb olan qeyri-adi “El-Nino” hadisəsi Cənubi Afrika Respublikasına 30 ilin ən güclü istilərini və quraqlığını gətirib. Ölkənin 9 əyalətindən 5-də fövqəladə vəziyyət elan edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cenubi_Afrika_Respublikasinda_anomal_istiler_9_neferin_olumune_sebeb_olub-917195

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR