Qolu qırılan Qazax sakini əməliyyat masasında öldü

Qolu qırılan Qazax sakini əməliyyat masasında öldü
15:47 9 Yanvar 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazax sakini əməliyyat masasında dünyasını dəyişib.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ölüm hadisəsi Qazax Diaqnostika Mərkəzində qeydə alınıb. Xəstəxananın reanimatoloqu Aynurə Vəliyevanın sözlərinə görə, Qazax sakini Zaur Əhmədov sol bazu sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya daxil olub.

Z.Əhmədov əməliyyata götürülərkən cərrahiyyə stolunda keçinib. 38 yaşlı xəstənin ürəyi dayanıb.

İki övlad atası olan Z.Əhmədov sürücü işləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/396587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR