ABŞ şirkəti “CES 2016” sərgisində yeni smartfon təqdim edib

ABŞ şirkəti “CES 2016” sərgisində yeni smartfon təqdim edib
15:58 9 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, AZƏRTAC
Las-Veqasda keçirilən “Consumer Electronics Show 2016” (CES) istehlak elektronikası sərgisində ABŞ-ın “TCL Communication” şirkəti “Alcatel OneTouch Fierce XL” smartfonunu təqdim edib.
AZƏRTAC “content-review.com” saytına istinadən xəbər verir ki, bu mobil qurğunun məxsusiliyi ondan ibarətdir ki, smartfon “Windows 10 Mobile” əməliyyat sisteminin bazasında işləyir.
“ Alcatel OneTouch Fierce X” LTE şəbəkəsi vasitəsilə VoLTE texnologiyasını, eyni zamanda Wi-Fi (802.11), “Bluetooth” 4.0 və GPS simsiz kommunikasiya vasitələrini dəstəkləyir. Akkumulyatorun həcmi 2000 mAs-dır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_sirketi_CES_2016_sergisinde_yeni_smartfon_teqdim_edib-917209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR