Azərbaycanda avtomobillərin qiyməti son dərəcə ucuzlaşıb - Maşın bazarından REPORTAJ

Azərbaycanda avtomobillərin qiyməti son dərəcə ucuzlaşıb - Maşın bazarından REPORTAJ
16:03 9 Yanvar 2016
369 Ölkə
Ölkə mətbuatı
A- A+

Dolların manat qarşısında dəyər qazanması Azərbaycanın maşın bazarına necə təsir göstərib? Badamdar qəsəbəsində yerləşən, daha çox ikinci əl maşınların satıldığı maşın bazarında apardığımız müşahidələr alıcı qıtlığı olduğunu göstərir.

Azərbaycanda avtomobillərin qiymətləri - Avtomobil satışı ilə məşğul olan fərdi sahibkar Emin Məmmədov deyir ki, ikinci devalvasiyadan sonra bazarda qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşüb: 

“Hazırda bazarda durğunluqdur. Satıcılar çoxdur, amma alıcı yoxdur. Əvvəlki aylara nisbətən çox zəifləyib. Hər satışda 5-10 manat qazanırdıq. Amma indi demək olar ki, qazanc yoxdur. Hazırda ən çox tələbat "Mersedes" maşınlarınadır, çünki onların qiyməti digər markalarla müqayisədə aşağıdır. Alıcılar daha çox 6 -10 min dollar arası maşınlarla maraqlanırlar, yəni daha çox tələbat bu qiymətdə olan maşınlaradır. Amma birinci əl maşınlar, yəni yeni gətirilən maşınlara alıcı yoxdur.  İkinci əl maşınların qiymətinə gəlincə, 10 min dollara satılan maşınlar daha çox, 7-6 min dollara qədər düşüb". 

 

Avtomobillərin qiymətinin  kəskin aşağı düşdüyünü təsdiqləyən digər satıcı ilə deyir ki, kəskin ucuzlaşma həm Rusiya istehsalı olan avtomobillərdə, həm də xarici avtomobillərdə müşahidə olunur: 

 

"Alıcılıq qabiliyyəti də aşağıdır. Bazara gələn potensial alıcı isə ancaq ucuz, balaca avtomobil alır, çünki pulunu itirməkdən qorxur. Qiymətin enməsinə rəğmən, böyük, bahalı avtomobillərin, CİP, PRADO, HUNDAİ , KİA-nın alıcısı yoxdur. Yəni bazarda alıcı 5 faizdir. Həftənin bütün günlərində alıcı qıtlığı yaşanır. Onu da deyim ki, əgər balaca maşınların qiyməti 2000-3000 manat düşübsə, böyüklərdə isə bu rəqəm 10-15 min manat arasında dəyişir. Alıcılar "LEXUS" və "TOYOTA" markalı maşınlarln qiyməti ilə daha çox maraqlanırlar. Bundan əvvəl 2008-ci il istehsalı olan "PRADO"nu 28-30 min manata almaq mümkün idisə, indi bu avtomobillərin qiyməti 21-22 min manata düşüb”.

 

Satıcılar sovet istehsalı olan maşınların qiymətinin daha çox düşdüyünü deyib. Elə bu səbəbdən də alıcıların əksəriyyəti belə maşınlara üz tuturlar. 

 

"Mən bazara "Niva" almağa gəlmişəm. Noyabrda maraqlandım, qiyməti 8-9 min dollara qədər qalxmışdı. Amma indi 2012-nin istehsalı olan "Niva"ların qiyməti  5-6 min dollar arası dəyişir. İndi düşünürəm ki cibə uyğundur və ehtiyacım var. O üzdən münasib qiymətə tapsam, heç düşünmədən alacam" 

 

Digər bir müştəri isə maşın satışının dollarla olmasından şikayətlənir. Onun sözlərinə görə, əvvəllər bəzi sovet istehsalı olan maşınları manatla ala bilirmiş. 

 

"VAZ-21015 markalı maşını axtarıram. Amma səhərdən tapa bilmirəm. Bir-iki nəfərdə var. O da dollarla satır. 4-5 min manat arası olsa, alacam". 

 

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, alıcı qıtlığı maşın bazarı ilə yanaşı mənzil bazarında da müşahidə olunur. Hazırda insanlar daha çox ilkin tələbatlarını ödəməyə üstünlük verirlər.

 

"Bazarda avtomobillərə tələbatın azalması ötən ilin əvvəlindən başlanıb. O zaman avtomobillərin kreditlə satışına qarşı Mərkəzi Bank tərəfindən sərt tələblər qoyuldu və avtomobil kreditləri dayandırıldı. Şərtlər ağırlaşdırıldı. "Avro-4" standartlarının tətbiqi isə ölkəyə ucuz avtomobillərin gətirilməsinə problem yaratdı. Yəni maşın bazarında devalvasiyadan və neftin qiymətinin düşməsindən öncə də bir durğunluq yaranmışdı". 

 

Samir Əliyev bildirib ki, yanvarın 1-dən etibarən mühərrikin həcminə görə avtomobillərə tətbiq edilən yeni vergilərin müəyyənləşdirilməsi xaricdən gətirilən avtomobillərin qiymətinə təsir göstərib.

 

"Təbii ki, devalvasiya zamanı qiymətlər dollara uyğunlaşdırılır. Ancaq xarici valyutada olan qiymətlərdə ucuzlaşma baş verir. Bu bütün bazarlarda belədir. Məsələn 10 min dolara gətirilən avtomobil 9-8 minə qədər ucuzlaşır. Ancaq manat ekvivalentində bahalaşdığını görürük. Alıcı olmadıqda artıq manatla da qiymətlərin düşməsi baş verir" .

 

İqtisadçı ekspert deyib ki, yaxın dövrdə avtomobil bazarında canlanma gözlənilmir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ yenidən Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda ittiham edib

23 Avqust 2017 08:18

Maduro Moskvaya gedəcək

23 Avqust 2017 08:04

Sürücülərin diqqətinə: Bu yol təmirə bağlanır

23 Avqust 2017 08:03

Şimali Koreya raketlərin sayını artırır

23 Avqust 2017 07:49

KXDR döyüş başlıqlarının və raket mühərriklərinin istehsalını artıracaq

23 Avqust 2017 07:37

Çində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb

23 Avqust 2017 07:33

"Qarabağ" Çempionlar Liqasında tarixi oyuna çıxacaq

23 Avqust 2017 07:27

Uşaqlarda gec danışmağın səbəbi B12 vitamini çatışmazlığı ola bilər

23 Avqust 2017 07:03

Bakıda avtomobillərin toqquşması zamanı iki piyada xəsarət alıb

23 Avqust 2017 06:57

Qatar relsdən çıxdı: 74 yaralı

23 Avqust 2017 06:54

Paris turistlərin sayına görə rekord vurdu

23 Avqust 2017 06:44

İŞİD-in 96 üzvü əfv edildi - Gözlənilməz qərar - FOTOLAR

23 Avqust 2017 06:33

ABŞ-ın müdafiə naziri Ukraynaya gəlir

23 Avqust 2017 06:14

İspaniyada naməlum sürücü avtomobilini polis maşınına çırpıb

23 Avqust 2017 06:07

Bu ilin 6 ayında Azərbaycana gəlmiş ƏCNƏBİLƏRİN SAYI AÇIQLANDI

23 Avqust 2017 06:03

Təzə ana olan Beyons bədənini göstərdi

23 Avqust 2017 05:59

Maduro Papadan kömək istədi - ABŞ-ın hücumunun qarşısını almaq üçün

23 Avqust 2017 05:33

Sabiq baş nazir azadlığa buraxıldı

23 Avqust 2017 05:29

Bakıda üç qardaş salam vermədiklərinə görə bıçaqlanıb

23 Avqust 2017 05:17

Hamilə idmançıdan yeni FOTOLAR

23 Avqust 2017 05:03

Liviyanın oğurlanmış keçmiş baş naziri azad edilib

23 Avqust 2017 05:02

Netanyahu Putinlə İranı müzakirə edəcək

23 Avqust 2017 04:54

Paris son 10 ildə turistlərin sayına görə rekord vurub

23 Avqust 2017 04:33

"Astana" və "Başakşəhər" ÇL-in qapısını bərk çırpdı - GECƏNİN NƏTİCƏLƏRİ

23 Avqust 2017 04:07

Məşhur aparıcı parıltılı bikinisi ilə diqqət çəkdi - FOTOLAR

23 Avqust 2017 04:03

Bayram Kürdəxanılını maşın vurub öldürdü

23 Avqust 2017 03:29

İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var

23 Avqust 2017 03:27

Putin Sarkisyanla danışıqlar aparacaq

23 Avqust 2017 03:14

Ruslara qarşı vuruşan partizanlar - Azərbaycanda kəndli üsyanları

23 Avqust 2017 03:03

ABŞ Rusiyada vizaların verilməsini dayandırır

23 Avqust 2017 02:44

Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vurub

23 Avqust 2017 02:42

Oksana Rəsulovadan “Yay qızı” layihəsi – FOTOLAR

23 Avqust 2017 02:33

“Nörmand dördlüyü”nün danışıqları oldu

23 Avqust 2017 02:09

“WhatsApp”da statuslar rəngli olacaq

23 Avqust 2017 02:03

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

23 Avqust 2017 01:45

Maduro Papadan ABŞ-ın hücumunun qarşısını almaq üçün kömək istəyib

23 Avqust 2017 01:42

Tillerson: "Rusiya "Taliban"ı silahlandırır"

23 Avqust 2017 01:34

Çempionlar Liqası: 5 oyunun nəticəsi bəlli oldu, gözlər sabah "Qarabağ" oyununda

23 Avqust 2017 01:33

Türkiyədə üzüm bağında 6 nəfəri ildırım vurub

23 Avqust 2017 01:18

Azərbaycan neftinin qiyməti 54 dollara çatır

23 Avqust 2017 01:03

Bu gün Füzulinin işğal olunduğu gündür

23 Avqust 2017 00:56

Çempionlar Liqası: Qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub

23 Avqust 2017 00:47

Rusiya və Türkiyə xeyli kontraktlar razılaşdırdılar

23 Avqust 2017 00:39

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

23 Avqust 2017 00:33

İŞİD-in 96 üzvü əfv edildi -

23 Avqust 2017 00:30

Poroşenko Donbasda yeni atəşkəs rejimi təklif etmək niyyətindədir

23 Avqust 2017 00:18

Uşaq 2-ci mərtəbədən yıxıldı: xəstəxanalı oldu

23 Avqust 2017 00:09

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08

"Türyançay" qoruğu yangından mühafizə edildi

23 Avqust 2017 00:04

Bakıda nəhəng söküntü qərarı: paytaxtın 9 rayonunda köhnə binalar söküləcək

23 Avqust 2017 00:03