Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Avstraliyada 3 şəhərin əhalisi evakuasiya edilir

Avstraliyada 3 şəhərin əhalisi evakuasiya edilir

Adeli səhnəyə qutuda gətirirlər: "Səbəbini biləndə güləcəksiniz" (15 Mart 2017 08:12)

Tarix: 9 Yanvar 2016 16:05

Avstraliyanın Qərbi Avstraliya ştatının rəhbərliyi meşə yanğınları səbəbi ilə 3 şəhər və onun ətraf ərazilərində əhalinin evakuasiyası barədə qərar qəbul edib.

APA-nın RIA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə yerli ABC kanalı xəbər yayıb. Bildirilir ki, bu gün yanğınlar Xarvi, Kukernal və Uokaul şəhərlərinə çox yaxınlaşıb. Yaxın saatlarda bu şəhərlər və onların ətraf ərazilərinin də yanğına məruz qalacağı gözlənilir.

Evakuasiya qərarını ştatın yanğın idarəsi və fövqəladə hallar xidməti elan edib. Məlumatlara əsasən, yanğın artıq Yarlup rayonunda 60 evi əhatə edib. Yanın quru və isti hava, ardınca isə güclü külək səbəbi ilə sürətlə yayılıb. 

Milli.Az


Teqlər:  Avstraliyada şəhərin əhalisi evakuasiya edilir



RƏYLƏR


Top xəbərlər