Yanğın 60 evi külə döndərdi (FOTO)

Yanğın 60 evi külə döndərdi (FOTO)
16:12 9 Yanvar 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliyada hakimiyyət yanğın səbəbindən bir neçə şəhəri təxliyə edib.

ANS Press-in məlumatına görə, artıq bir neçə gündür davam edən yanğın Avstraliyada bir neçə şəhəri öz ağuşuna alıb. Yanğının yayılmasına səbəb həm quru, isti hava şəraiti, həm də saatda 60 kilometr sürətlə əsən küləkdir.

Avstraliyanın Qərbi Avstraliya ştatının hakimiyyəti artıq 3 şəhəri meşə yanğınları ilə bağlı köçürüb. Yanğınlar bu gün daha sürətlə yayılmağa başlayıb.


Yanğın nəticəsində təxliyə olunan 3 Avstraliya şəhəri


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin çoxlu sayda əməkdaşı cəlb olunub. Şəhərlərin köçürülməsi haqqında elanlar da ştatın yanğınsöndürmə idarəsindən verilib. Dərc edilmiş məlumatlara əsasən, yanğın Yarlup şəhərində 60 evin yanmasına səbəb olub.

Avstraliyada havanın quru və isti keçməsi orada tez-tez meşə yanğınlarının yaranmasına səbəb olur. Ən güclü yanğın isə 2009-cu ilin fevral ayında qeydə alınıb. Bu yanğın Avstraliya tarixinə "Qara şənbə" kimi düşüb. Hadisə zamanı 173 nəfər həlak olub, 7,5 min sakin evsiz qalıb, iki mindən çox ev isə yanaraq külə dönüb.


Avstraliyada meşə yanğınları


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR