Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Almaniya Futbol İttifaqının prezidenti: "DÇ-2016-nın təşkilatçılıq hüququ düzgün yolla qazanılmayıb"

Almaniya Futbol İttifaqının prezidenti: "DÇ-2016-nın təşkilatçılıq hüququ düzgün yolla qazanılmayıb"

Date: 9 January 2016 16:07

Bakı. 9 yanvar. REPORT.AZ/ Almaniya futbol üzrə 2006-cı il dünya çempionatının təşkilatçılıq hüququnu heç də düzgün yolla əldə etməyib. "Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Futbol İttifaqının prezidenti səlahiyyətlərini icra edən Rayner Kox açıqlama verib. 
O bildirib ki, DÇ-2006-nın ev sahibinin seçimi FİFA-da işlərin qaydasında olmadığı vaxtda aparılıb. R.Koxun fikrincə, həmin vaxt çempionata ədalətli idman mübarizəsi yolu ilə yiyələnmək mümkün deyildi: "Almaniyanın ev sahibliyi etməsindən ötrü çox iş görülmüşdü. Bunların qanuni olub-olmadığını istintaq müəyyənləşdirəcək".
Ötən ilin noyabrında Almaniyanın "Der Spiegel" nəşri 2000-ci ildə Adidas" şirkətinin ovaxtkı sahibi Rober Lui-Dreufusun "Almaniya-2006" Sifariş Ərizəsi Komitəsinə 10,3 milyon İsveçrə frankı (6,7 milyon avro) köçürdüyünü yazıb. Bu vəsait komitənin ehtiyaclarına sərf olunmalı idi. Lakin pullar heç bir hesabatda əksini tapmayıb. Həmin vəsaitlərin FİFA İcraiyyə Komitəsi üzvlərinin səslərini Almaniyanın xeyrinə vermələrini təmin etməyə yönəldiyi bildirilir. 
Qeyd edək ki, Almaniya DÇ-2006-ya təşkilatçılıq hüququnu 6 iyul 2000-ci ildə qazanıb. Bu ölkə ilkin səsvermədə Braziliya, Mərakeş və İngiltərəni, finalda isə 1 səslə CAR-ı (12:11) üstələyib. 

Tags:  Almaniya Futbol İttifaqının prezidenti DÇ-2016-nın təşkilatçılıq hüququ düzgün yolla qazanılmayıb

RƏYLƏR


Top news