Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

UNEC rektoru qış imtahan sessiyası ilə bağlı müraciətləri dinləyib (FOTO)

UNEC rektoru qış imtahan sessiyası ilə bağlı müraciətləri dinləyib (FOTO)

Date: 9 January 2016 16:18

Bakı. Trend:

Yanvarın 9-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Açıq qapı” günü keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən ilk “Açıq qapı”da UNEC rektoru, professor Ədalət Muradov ictimaiyyət nümayəndələri, tələbə və valideynlərin imtahan prosesində qarşılaşdıqları problemləri dinləyib.

Rektor daxil olan təklif və iradların operativ araşdırılaraq tədbir görülməsi ilə bağlı məsul şəxslərə müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib. Qış imtahan sessiyasının ilk “Açıq qapı” günündə 45 nəfərin müraciətinə baxılıb.

UNEC-də qış imtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun “Açıq qapı” günləri keçiriləcək. Bundan başqa, imtahanlarda obyektivliyin və şəffaflığın qorunması məqsədilə bütün tədris binalarında qərargahlar yaradılıb. Universitetin “Qaynar xətt” (146-1-3) xidməti də müraciətləri operativ araşdırır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  UNEC rektoru qış imtahan sessiyası bağlı müraciətləri dinləyib FOTO


RƏYLƏR


Top news