Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda şirkət əməkdaşları istifadəyə yararsız məhsullar satarkən tutulub

Date: 9 January 2016 16:37

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində keyfiyyətsiz yeyinti məhsullarının satılması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - “Al-Sana” MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş “Fitnes” kolbasa və sosiska məmulatlarını satarkən saxlanılıb.
Faktla bağlı toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

Tags:  Bakıda şirkət əməkdaşları istifadəyə yararsız məhsullar satarkən tutulub

RƏYLƏR


Top news