Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı

DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı

Date: 9 January 2016 16:44

Daxili İşlər Nazirliyi Binəqədidə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsindəki işlədiyi mağazanın qarşısına gəlmiş qohumu qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan “İJ-58” markalı tüfəng və 5 ədəd patron götürülüb.


Tags:  DİN Bakıdakı güllələnmə bağlı məlumat yaydı

RƏYLƏR


Top news