Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Angela Merkel miqrantları ölkədən qovur

Angela Merkel miqrantları ölkədən qovur

Merkel’s party backs Foreign Minister Frank-Walter Steinmeier for German President (14 November 2016 19:46)

Date: 9 January 2016 16:46

Almaniya kansleri Angela Merkel cinayət törədən miqrantları ölkədən qovmaqla hədələyib.

ANS PRESS-in məlumatına görə, kansler yeni il gecəsi Köln şəhərində qadınlara qarşı baş verən kütləvi təcavüzdə iştirak edən miqrantların deportasiya edilə biləcəyini açıqlayıb.

“Yeni ildə baş verən hadisə tamamilə yolverilməzdir. Zorakılığa məruz qalan həmin qadınların keçirdiyi hisslər mənim üçün şəxsən dözülməzdir”, - deyə kansler vurğulayıb.

Angela Merkel deportasiya ilə bağlı qanunvericiliyin daha da sərtləşdirilməsini vacib sayıb. O, bununla Almaniyanın qanunlarına tabe olmaq istəməyənlərə xəbərdarlıq siqnalı verib.





Almanlar isə Merkelin hədəsi ilə kifayətlənmək istəmir, onlar ölkənin sərhədlərinə nəzarətin bərpa edilməsini tələb edirlər.

Çexiyanın baş naziri Boquslav Sobotka da cinayət törətmiş miqrantların avtomatik surətdə Avropa İttifaqından deportasiya olunmalarını vurğulayıb. Baş nazir qaçqınların cəmiyyətə inteqrasiyasının zəruri olduğunu qeyd edib.

“Almaniya şəhərlərində baş verən son hadisə miqrasiya böhranının həllində təhlükəsizlik və inteqrasiya kimi aspektlərin necə əhəmiyyətli olduğunu göstərir. Aİ-nin xarici sərhədlərinin müdafiə olunmasına, habelə qaçqınların sığınacaq istədikləri ölkələrin qayda-qanunlarına əməl etmələrinə bundan sonra da israrla nail olmaq lazımdır. Təklif edilən köməyi qiymətləndirməyən, qaydaları pozan və hətta cinayət törədən hər kəs avtomatik surətdə Aİ-dən çıxarılmalıdır”, - deyə Sobotka bildirib.



Boquslav Sobotka - Çexiyanın baş naziri

Dekabrın 31-də Almaniyanın Köln şəhərində dəmiryolu vağzalının yanında təxminən min nəfər gənc miqrant kişi qadınlara hücum etmişdilər. 18 qadın döyülüb, iki qadına cinsi təcavüz olunub. Almaniyanın Hamburq, Ştutqart şəhərlərində də miqrantların qadınlara hücumları qeydə alınıb.

Polisin məlumatına görə, özlərini aqressiv aparan həmin adamlar hüquq mühafizə orqanı əməkdaşlarının xəbərdarlığına baxmayaraq gəlib keçənlərə butulka, yandırıcı maddə atıb, qadınlara təcavüz ediblər. Polis ərazidə sabitlik yaratmağa çalışsa da bayramı qeyd edənlər vəziyyəti daha da qəlizləşdiriblər.





Polisin hesabatında həmçinin qeyd edilib ki, cinayət hadisəsi kütləvi xarakter daşıdığından və eyni vaxtda fərqli məkanlarda baş verdiyindən nəzarəti ələ almaq qeyri-mümkün olub.

Polisə təcavüz, qarət və iki zorlama faktı olmaqla ümumilikdə 150 şikayət daxil olub. Cinayətin əsas iştirakçıları Yaxın Şərq və Şimali Afrikadan olan miqrantlar olub.



Kölndə Yeni il gecəsi baş verən insident



Cinayət törədən miqrant polis tərəfindən saxlanılıb




Hadisə ilə bağlı Köln polisinin rəisi Volfqanq Albers də artıq vəzifəsindən kənarlaşdırılıb. Bu məlumatı Şimali Reyn–Vestfaliya əyalətinin daxili işlər naziri Ralf Yeqer Düsseldorfda keçirilən mətbuat konfransında təsdiqləyib.

“İndiki vaxtda, xüsusən qarşıdakı kütləvi tədbirlərlə əlaqədar, ictimaiyyətin etimadını və Köln polisinin fəaliyyət qabiliyyətini bərpa etmək üçün belə bir qərarın qəbul olunması zəruri idi”, - deyə Yeqer bildirib. Onun sözlərinə görə, Volfqanq Albers də bu qərarı haqlı hesab edib.

Amma iki gün əvvəl Köln polis rəisi istefasını qətiyyətlə istisna etmişdi.



Volfqanq Albers - vəzifəsindən azad edilən Köln polisinin rəisi


Avropa Birliyi ölkələrinə axın edən miqrantlar tək Fransada deyil, artıq bir neçə digər ölkədə də oxşar cinayət hadisələri törədiblər. İsveç, Finlandiya, Avstriya və İsveçrədə də miqrantların təcavüzünə məruz qalan, zorlanan və ya döyülən qadınların sayı sürətlə artır.

İsveçin Kalmar şəhərində 15 gənc qadın polisə şikayətlənərək miqrantların onları zorlamaq istədiklərini söyləyiblər. Finlandiya polisi də belə müraciətlərin sayının artdığını vurğulayıb.


Avstriyada isə polis qadınlara məsləhət görüb ki, küçəyə çıxanda başlarını bağlasınlar, axşam saatlarında küçə və meydanları tək dolaşmasınlar.


Göründüyü kimi, yüksək səviyyədə yaşamaq arzusu ilə Qərb ölkələrinə üz tutan və çətinliklə qəbul olunan miqrantlar onları xoş qarşılamayan əcnəbilərə hikkələrini bu şəkildə nümayiş etdirir. Amma yenidən qapı arxasında qalmamaq üçün bu insanların yerləşdikləri ölkələrin qayda qanunlarına, insanlarına inteqrasiya olunması olduqca vacibdir. Əks halda, miqrant axını problemi başa çatmamış indiki halda dünya yenidən “qovulan miqrantlar”ın təhlükəli dalğası ilə üzləşə bilər.




Tags:  Angela Merkel miqrantları ölkədən qovur



RƏYLƏR


Top news