Həyat yoldaşını öldürən şəxs tutulub.
Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, yanvarın 8-də Bərdə rayonunun Tumaslı kəndində yaşayan, ruhi xəstə Zülfüqar Rəhimov evində münaqişə zəminində arvadı Gülnar Rəhimovaya bıçaqla xəsarət yetirib və o, hadisə yerində ölüb.
Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Rəhimov tutulub.
Milli.Az