Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtaliya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edəcək

İtaliya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edəcək

Date: 9 January 2016 17:03

Bakı. Trend:

Yanvarın 26-28-də İtaliyanın paytaxtı Romada keçiriləcək IV Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşündən sonra İtaliyanın Prezidenti və xarici işlər naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvlərini qəbul edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, NGBM üzvləri yanvarın 27-də İtaliya Prezidenti Sergio Mattarellanın qəbulunda olacaq. Prezidentlə görüşdə etnik və digər zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemlər də daxil olmaqla bir sıra qlobal məsələlərin müzakirəsi nəzərdə tutulur. Görüşdən sonra İtaliya Prezidenti adından Mərkəz üzvlərinə ziyafət veriləcəyi gözlənilir.

Yanvarın 28-də isə İtaliyanın xarici işlər Naziri Paolo Gentiloni NGBM üzvlərini qəbul edəcək. Görüşdə müzakirə ediləcək məsələlər sırasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq istiqamətləri, mart ayının 10-11-i tarixində Bakıda keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıqlar, ölkələr arasındakı dostluq və tərəfdaşlıq münasibətləri kimi mövzuların yer alacağı bildirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İtaliya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edəcək

RƏYLƏR


Top news