Türkiyə mətbuatı "Şəki paxlavası"ndan yazdı - FOTO

Türkiyə mətbuatı "Şəki paxlavası"ndan yazdı - FOTO
17:47 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyənin məşhur internet səhifələri  Azərbaycanın ləziz nemətlərindən biri olan "Şəki paxlavası" haqqında yazı paylaşıb.

Milli.Az "cnntürk"-ə istinadən məqaləni olduğu kimi təqdim edir:

"Azərbaycanın tarixi şəhərlərindən biri olan Şəki əsrlərə meydan oxuyan abidələri və ləziz yeməkləri ilə diqqət mərkəzindədir. Azərbaycanda şirniyyat deyiləndə ağla gələn ilk şey "Şəki paxlavası"dır.

Azərbaycanlılara görə ölkədə şirniyyatın baş tacı "Şəki paxlavası"dır. Şəhəri görməyə gələn turistlərin mütləq daddığı "Şəki paxlavası" ölkə daxilində olduğu kimi xaricdə də tanınır. Hazırlanması çətin olan paxlavanın sirrini paylaşmayan şəkili halvaçılar, sifarişləri çatdırmaqda xeyli çətinlik çəkir. Onlar dünyada  "Şəki paxlavası"nın bənzərinin olmadığını deyir.

Şəkidə halvaçı mərhum Əli Əhmədi hər kəs tanıyır. Əli Əhmədin vəfatından sonra bu ənənə onun yaxınları tərəfindən davam etdirilir"

Qeyd edək ki, paxlava haqqında qısa məlumat verdikdən sonra onun hazırlanma qaydası paylaşılıb. Xəbər qısa müddət ərzində Türkiyə mediasında sürətlə yayılıb.

Bəxtiyar Umarlı
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR