Britaniyalı qadın biplanla 23 ölkədən keçərək tarixi uçuşa imza atıb

Britaniyalı qadın biplanla 23 ölkədən keçərək tarixi uçuşa imza atıb
18:13 9 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, AZƏRTAC
Britaniyalı təyyarəçi qadın Treysi Kertis-Teylor 1942-ci il istehsalı olan açıq kabinəli “Boeing Stearman” biplanı ilə Britaniyanın Farnboro aerodromundan Avstraliyanın Sidney şəhərinə qədər üç aylıq uçuşu uğurla başa vurub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Kertis-Teylor 23 ölkədən keçməklə 22 min kilometr yol qət edib və uçuş zamanı yanacaq doldurmaq üçün 54 dəfə yerə enib. Uçuş müddətində ümumi hesabla 8 min litr yanacaq sərf olunub.
Xatırladaq ki, biplan biri-birinin üzərində yerləşən qoşa aparıcı qanadlarla təchiz edilmiş təyyarələrə deyilir. Bu cür konstruksiya keçən əsrin pərli mühərrikləri üçün böyük qaldırıcı qüvvə əldə etməyə imkan verirdi.
Biplanla ilk rəsmi uçuş 1903-cü ildə baş tutub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyali_qadin_biplanla_23_olkeden_kecherek_tarixi_uchusa_imza_atib-917224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR