Lyunberq yenidən "Arsenal"da

Lyunberq yenidən "Arsenal"da
18:27 9 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

İsveç millisinin sabiq futbolçusu Fredrik Lyunberq məşqçilik karyerasına başlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı Lyunberq yenidən keçmiş klubu "Arsenal"a qayıdıb.

O, "Arsenal"ın U-15 komandasını çalışdıracaq. Bu barədə Tvitter səhifəsində yazan Lyunberq bunları bildirib:

"Keyptaundakı son həftəmi keçirirəm. Daha sonra evimə "Arsenal"a qayıtdım. Orada U-15 komandasını çalışdıracam. Səbirsizliklə bu günü gözləyirəm".

Qeyd edək ki, ötən ay karyerasını başa vuran Lyunberqin son komandası Hindistanın "Mumbai Siti" klubu olub. 1998-2007-ci illərdə "Arsenal"da çıxış edən İsveç yığmasının sabiq üzvü keçirdiyi 317 oyunda 71 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR