Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hadisə 365 min manatdan imtinadan danışıb

Hadisə 365 min manatdan imtinadan danışıb

Date: 9 January 2016 18:36

Türkiyənin məşhur müğənnisi Hadisə Azərbaycandakı konsertini ləğv etməsi xəbərinə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, bacısı Dərya Açıkgöz ilə ad günü mərasiminə qatılan müğənni çıxışda jurnalistlərin suallarına cavab verib.

700 min lirə (365 min AZN) alacağı iddia olunan Azərbaycandakı konsertini ləğv etməsi xəbərinə “belə bir xəbərdən heç bir məlumatım yoxdur” cavab verərək təkzib edib.

Hadisə şəxsi həyatı barədə də açıqlama edib: “Hazırda həyatımda heç kim yoxdur”.


Hadisə jurnalistlərə müsahibə verən zaman

Ötən ilin dekabr ayında Hadisə Yeni il bayramı münasibəti ilə Qubadakı beş ulduzlu otellərdən birində səhnəyə çıxmalı idi. O buna 250 min dollar (700 min lirə) qarşılığında razılaşıb. Lakin Azərbaycanın üzən məzənnəyə keçməsindən sonra ifaçının konserti təxirə salındığı bildirilirdi.


Hadisə - "Yaz Günü"

Tags:  Hadisə 365 min manatdan imtinadan danışıb

RƏYLƏR


Top news