​Pakistan və Hindistan diplomatları İslamabadda görüşəcəklər

​Pakistan və Hindistan diplomatları İslamabadda görüşəcəklər
18:37 9 Yanvar 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Yanvarın 15-də İslamabadda Pakistan və Hindistan arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçiriləcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan baş nazirinin milli təhlükəsizlik və beynəlxalq məsələlər üzrə müşaviri Sərtac Əziz məlumat verib.
Onun sözlərinə görə, görüşdə tərəflərin Kəşmir problemi də daxil olmaqla əhatəli danışıqlar aparması nəzərdə tutulub.
2014-cü ilin avqustunda Hindistan Pakistanla diplomatik təması xarici işlər nazirinin müavini səviyyəsinə endirib. Rəsmi Dehli buna səbəb kimi Pakistan səfirinin Kəşmirə səfər etməsini göstərib. 2015-ci ilin martında Hindistanın xarici işlər nazirinin birinci müavini Subramanyam Cayşankarın İslamabadda pakistanlı həmkarı Ayzaz Əhməd Çoudri ilə keçirdiyi görüşdə məsələ tənzimlənib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/pakistan-ve-hindistanli-diplomatlar-i-slamabadda-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR