Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünya səyahətinə çıxan hollandiyalı səyyah Azərbaycanın cənub bölgəsində

Dünya səyahətinə çıxan hollandiyalı səyyah Azərbaycanın cənub bölgəsində

Date: 9 January 2016 18:43


Lənkəran, 9 yanvar, Bağır Əliyev, AZƏRTAC 
Hollandiyalı səyyah Bart Jan Van Rossum beş aydan çoxdur ki, piyada dünya səyahətinə çıxıb.
AZƏRTAC xəbər verir ki, o, Azərbaycana gəldiyi 20 gün müddətdə cənub bölgəsində də olub.
Dünya səyahətinə çıxmaq fikrinin onda bir müddət öncə Türkiyədə olduğu zaman yarandığını deyən əcnəbi turist, səyahətinə də məhz İstanbuldan başlayıb.
Bart Jan Van Rossum ölkəmizdə olduğu müddətdə çoxlu bilgilər əldə etdiyini deyib: “Məncə, piyada səyahət etməklə ölkə haqqında daha çox məlumat toplamaq olur. Keçdiyim rayonlarda, qəsəbələrdə və kəndlərdə insanlarla görüşürəm. Qonaqpərvərliyiniz haqqında çox eşitmişdim. Bu səyahət zamanı bunun əyani şahidi oldum”.
Hava şəraitinə uyğun olaraq ya çadırda, ya da oteldə gecələdiyini vurğulayan Bart Jan Van Rossum, səyahətinin hər ayının ona 700 avroya başa gədiyini bildirib.
Gün ərzində 30-40 kilometr məsafə qət edən hollandiyalı səyyah Azərbaycandan sonra İran və Türkmənistandan keçməklə, səyahətini Çində başa vurmaq niyyətindədir.


Tags:  Dünya səyahətinə çıxan hollandiyalı səyyah Azərbaycanın cənub bölgəsində


RƏYLƏR


Top news