Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rəşad Eyyubov “Qəbələ”də!

Rəşad Eyyubov “Qəbələ”də!

Date: 9 January 2016 18:54

“Kəpəz”in yarımmüdafiəçisi Rəşad Eyyubov karyerasını “Qəbələ”də davam etdirəcək. Bu barədə apasport.az saytına klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

 

Klub rəsmisi 23 yaşlı futbolçu ilə anlaşma əldə olunduğunu, məxsus olduğu Gəncə təmsilçisi ilə isə məsələnin tam həll olunmadığını deyib: “Rəşadın özü ilə anlaşma əldə etmişik. Ancaq “Kəpəz”lə məsələ tam həll olunmayıb. Yəqin ki, tezliklə gəncəlilərlə də anlaşacağıq. Gələn həftənin birinci günü müqavilə imzalamağı düşünürük. Hər bir halda Rəşad qış hazırlıqlarına “Qəbələ”də başlayacaq”.

 

Qeyd edək ki, yarımmüdafiəçi ilə anlaşmanın 1 illik olacağı gözlənilir.


Tags:  Rəşad Eyyubov Qəbələdə


RƏYLƏR


Top news