Azərbaycana gələn nəqliyyat vasitələri yoxlanılır (VİDEO)

Azərbaycana gələn nəqliyyat vasitələri yoxlanılır (VİDEO)
18:56 9 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasında və Türkiyədə yayılan "donuz qripi" təhlükəsi ilə əlaqədar Azərbaycan-İran sərhədinin Astara rayonu ərazisində yerləşən sərhəd-keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.

ANS TV-nin məlumatına görə, sərhəddən gələ biləcək təhlükənin qarşısını almaq məqsədilə gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən xüsusi qurğular var. Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır, yüksək hərarəti və xəstəliyə yoluxma əlamətləri aşkar edilərsə, müvafiq tədbirlər həyata keçirilir.

Sanitar Karantin Xidmətinin baş müfəttişi Rafiq Tağıyev bildirib ki, şübhəli xəstə aşkar olunduqda dərhal onu təcrid edib izalyatora yerləşdirilir və lazımi distansiyalara xəbərdarlıq edirilir. Həmin distansiyalardan da briqalar gəlib, həmin xəstəni aparır.

Astara gömrük-keçid məntəqəsində Türkiyə və İrandan gələn bütün nəqliyyat vasitələrinin məntəqəyə daxil olarkən onlarda zəruri dezinfeksiya tədbirləri aparılır. Məhz profikatik tədbirlər aparıldıqdan sonra həmin nəqliyyat vasitələri Azərbaycan ərazisinə buraxılır.

Qurumdan verilən məlumata görə, "donuz qripi" virusu bu sərhəd gömrük-keçid məntəqəsində hələlik qeydə alınmayıb.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR