Qubada “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib

Qubada “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib
19:03 9 Yanvar 2016
52 Digər
Ölkə mətbuatı
A- A+


Quba, 9 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 9-da Quba şəhər Azad Məmmədov adına təbiət elmləri təmayüllü məktəb liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyin təşkilatçılığı ilə 2015-2016-cı dərs ilində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən müsabiqə üç mərhələdən ibarət olub. İlk mərhələdə şagirdlər biliklərini oxuduqları təhsil müəssisələrində sınayıblar. Seçilən məktəblilər növbəti mərhələdə qüvvələrini sınamaq hüququ qazanıblar.
Müsabiqənin rayon mərhələsində 100-ə yaxın qubalı şagird sorğu vərəqələrindəki sualları cavablandırmaqla biliklərini nümayiş etdirib. Bu turda rayondan seçilən məktəblilər respublika mərhələsinə vəsiqə qazanacaq.
“Ədəbiyyat biliciləri” müsabiqəsi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək məqsədi daşıyır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qubada_Adebiyyat_bilicileri_musabiqesinin_rayon_merhelesi_kechirilib-917253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR