Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Göyçayda taxıl, tərəvəz və bostan məhsullarının istehsalı artıb

Göyçayda taxıl, tərəvəz və bostan məhsullarının istehsalı artıb

Date: 9 January 2016 19:08


Göyçay, 9 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda taxıl, tərəvəz və bostan məhsullarının istehsalı artıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, kənd əməkçiləri əvvəlki illərlə müqayisədə 2015-ci ildə əkin sahələrini xeyli artırmaqla yanaşı, bol məhsul da əldə etməyə nail olublar. İl ərzində 13 min 756 hektar sahədən 36 min 408 ton taxıl, 155 hektar sahədən 1807 ton kartof, 1158 hektar sahədən 19 min 842 ton tərəvəz, 70 hektar sahədən 1136 ton bostan məhsulları tədarük olunub.
Bütün bu nəticələr əvvəlki ilin göstəricilərindən xeyli yüksəkdir. Belə ki, əvvəlki illə müqayisədə 2015-ci ildə taxıl istehsalı 8 min 151 ton, kartof istehsalı 205 ton, tərəvəz istehsalı 175 ton, bostan məhsullarının istehsalı 45 ton artıb. Bundan əlavə, cari ilin məhsulu üçün Göyçayda 13 min 880 hektar sahədə taxıl səpini aparılıb ki, bu da ötənilkindən 124 hektar çoxdur.



Tags:  Göyçayda taxıl tərəvəz bostan məhsullarının istehsalı artıb


RƏYLƏR


Top news