Ötən il Tərtərdə kənd təsərrüfatı sahəsində uğurlu nəticələr qazanılıb

19:13 9 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 9 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında 2015-ci ildə uğurlu nəticələr əldə edilib. Fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanlarına malik olması, əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq üçün dövlət tərəfindən subsidiya verilməsi kənd təsərrüfatının əsas istehsal sahələrindən olan bitkiçiliyin inkişafına stimul verib.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-a bildirib ki, 2015-ci ildə rayonda 26 min 461,7 hektarda kənd təsərrüfatı bitkiləri becərilib. Əkin sahəsinin 11 min 228,7 hektarını dənli və dənli paxlalı bitkilər, 2202 hektarını texniki bitkilər, 1546 hektarını kartof, bostan və tərəvəz bitkiləri, 11 min 485 hektarını yem bitkiləri təşkil edib.
Ötən il 39 min 729,4 ton taxıl məhsulu istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 385,8 ton çoxdur. 2014-cü illə müqayisədə taxıl sahələrinin hər hektarından məhsuldarlıq orta hesabla 1,6 sentner artıb.
İl ərzində digər bitkiçilik məhsulları istehsalı da çoxalıb. Təsərrüfatlarda 6229,7 ton kartof, 12 min 413,1 ton tərəvəz, 52,4 ton bostan məhsulları, 879,1 ton pambıq, 25 min 586,1 ton şəkər çuğunduru, 2162 ton dən üçün günəbaxan istehsal edilib.
Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri də bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. 2015-ci ildə rayonda 1180,6 hektar meyvə bağları və 11,1 hektar üzümlük olub. Bağlardan 8671,1 ton meyvə və 889 ton üzüm yığılıb. 2014-cü ilə nisbətən meyvə istehsalı 7,4 faiz, üzüm istehsalı 5,6 faiz artıb.
Dövriyyədə olan torpaqlardan səmərəli istifadə nəticəsində rayonda 220 hektar sahədə təkrar əkin aparılıb. Həmin sahələrdən 213,2 ton dənli və dənli paxlalılar, 1559,4 ton müxtəlif növ tərəvəz, 21 ton yem üçün qarğıdalının yaşıl kütləsi istehsal edilib. Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsullarının, o cümlədən dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_Terterde_kend_teserrufati_sahesinde_ugurlu_neticeler_qazanilib-917258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR