Uşaqlar özlərini günahkar hiss edirlər

Uşaqlar özlərini günahkar hiss edirlər
19:17 9 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Erkən oyanmağın 5 faydası (23 Fevral 2017 08:05)

"Valideynlərə onu tövsiyə edirik ki, uşaqları ilə daha çox zaman keçirsinlər, oyunlar oynasınlar. Məntiqi inkişaf etdirən müxtəlif oyuncaqlardan istifadə etsinlər. Uşaqla birlikdə rəsmlər çəksinlər. Yaradıcı oyunlarla vaxt keçirsinlər. Televiziyadan uşaqları bacardıqları qədər uzaq tutsunlar. Çox zaman valideynlər özləri hər hansı bir film və serial izləyirlər. Uşaqlar da gecə saatlarına qədər ata-analarla birgə film izləyirlər. 2,5 və 3 yaşdan sonra uşaqları mütləq bağçaya qoymaq barədə düşünmək lazımdır. Əgər uşaq hiperaktivdirsə, enerjisi çoxdursa, onu rəsmə, üzgüçülüyə və musiqi dərnəklərinə yazdırmaq olar". 

Dövrümüzün ən çox rast gəlinən problemlərindən biri də əsəblə bağlıdır. Uşaqdan tutmuş böyüyə qədər, əsəbdən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Mütəxəssislərin sözlərinə görə, bu xəstəliyin yaranmasının müxtəlif səbəbləri var. İş rejiminin sıxlığı və gərginlik, ailədaxili problemlər, ətraf mühit və digər sosial problemlər insanlarda stresə səbəb olur. Nəticədə insan nevroloji xəstəlikdən əziyyət çəkir. Uşaqlardakı əsəb və aqressiv əlamətlərə görə bəzən gənc valideynlər araşdırmadan müxtəlif cəza növləri tətbiq edirlər. Bəs uşağında əsəb əlamətləri hiss edən valideynlər nə etməlidirlər? Bu məsələdə valideynlərin üzərinə düşən vəzifə nədir? Aqressiv uşağı olan valideynlər övladlarına qarşı necə davranmalıdırlar? Bu suallara cavab tapmaq üçün uşaq nevroloqu və psixoloquna müraciət etdik. 

Nevroloq Rima İbadova mövzu ilə bağlı qəzetimizə müsahibəsində dedi ki, bu problem həm böyüklər, həm də uşaqlar arasında geniş yayılıb. Xüsusən, uşağın özünü dərk etməyə başladığı vaxtlarda bu narahatçılığın özünü göstərdiyini bildirən həkimin sözlərinə görə, bu problem əsasən 2 yaşdan sonra başlayır: "Əsəb uşaqlarda 2 yaşdan sonra müxtəlif səbəblərdən özünü büruzə verir. Xüsusən, istədiklərini əldə edə bilmədikdə uşaqlarda aqressivlik müşahidə olunur. Əgər uşağın psixomator inkişafında bir problem yoxdursa, yəni uşağın əqli, nitq və fiziki inkişafında anormallıq yoxdursa, yaşına görə hər şey normaldırsa, əsəb üçün ağır dərmanlar verməməyə çalışırıq. Bu zaman əsəbi, sadəcə, davranış problemi kimi dəyərləndiririk. Əsəbə səbəb ola biləcək amili araşdırırıq. Nevroloji müayinədən sonra əqli, nitq və fiziki problem olmadıqda psixoloqa yönləndiririk. Çünki çox zaman uşaqlarda əsəb və aqressivlik davranış problemi kimi dəyərləndirilir".

 "3 yaşdan sonra uşağın bağçaya getməsini tövsiyə edirik"

Rima xanım ailədaxili münaqişələrin də uşağın aqressiv olmasına təsirinin az olmadığını dedi. Onun sözlərinə görə, valideynlər uşağa bir şeyi qadağan etdikdə, nənə və babaların təsiri ilə uşaq "olmaz"ları edir: "Bu zaman öncə ərköyünlük və şıltaqlıq başlayır, ardınca əsəb yaranır. Daha sonra ailədə ikinci uşaq dünyaya gəldikdə ilk uşaqda qısqanclıq başlayır. Bu da özünü uşaqda əsəb və aqressivliklə büruzə verir, yəni daha çox diqqəti özünə yönəltmək üçün çalışır. Tez-tez ağlamaqla ərköyünlük edir. Dayə yanında böyüyən uşaqlarda əsəb daha çox özünü göstərir. Amma bağçaya gedən uşaqlar daha üzüyola olurlar. Valideynlərə ilk tövsiyələrimizdən biri budur ki, uşaq 3 yaşdan sonra bağçaya getsin. Uşağın həmyaşıdları ilə əlaqə və ünsiyyətdə olması, rejimə öyrəşməsi çox vacib amildir. Televiziyadan, xüsusən, aqressiv cizgi filmlərindən, yaşına uyğun olmayan filmlərdən və kompüter oyunlarından uşaqları kənarlaşdırmağı valideynlərə tövsiyə edirik".

 "Şiddət uşağın şəxsiyyət kimi formalaşmasının qarşısını alır"

Valideynlər uşaqların nevroloji problemlərini bəzən şıltaqlıq kimi anlayıb şiddət tətbiq edir, cəza verirlər. "Uşaqda əsəbin ən yüksək formada özünü göstərdiyi halda valideynlər nə etməlidirlər?" sualımıza isə nevroloq belə cavab verdi: "Uşağa şiddət tətbiq etmək gələcəkdə uşağın şəxsiyyət kimi formalaşmasının qarşısı alır. Bu, gələcəkdə çox ağır şəxsiyyət probleminin yaranmasına gətirib çıxara bilər. Uşağı döyməyin tamamən əleyhinəyəm. Məsələn, sevdiyi bir oyuncağı ona verməmək, otaqda müəyyən müddət tək saxlamaq, istədiyi bir yerə aparmamaqla sadə formada cəzalandırmaq olar. Amma uşağı vurmaq qətiyyən olmaz. Çünki psixologiyasına mənfi təsir göstərir".

 "Valideynlərdə olan neqativ hallar uşaqlarda özünü göstərir"

Uşağı ilə az vaxt keçirən valideynlərə səslənən nevroloq bildirdi ki, əgər uşaqda davranış problemi varsa, valideyn, əvvəlcə, problemi özündə axtarmalıdır: "Araşdırmalardan sonra məlum olur ki, uşağı ilə az vaxt keçirən valideynlər onun əsəbiləşməsi ilə qarşılaşırlar. Hətta evdar xanımlar var ki, ya televiziyaya başları qarışır, ya da mətbəx işlərinin çoxluğundan uşaqlarına kifayət qədər vaxt ayırmırlar. Biz nevroloqlar valideynlərdən problemləri, əvvəlcə, özlərində axtarmalarını istəyirik. Çünki 90-95% orqanik bir problem olmadığı halda problem valideynlərdən qaynaqlanır, yəni ailə mühitindən. Öncə bunu həll etmək lazımdır, əbəs yerə deyilməyib ki, "uşaq evin güzgüsüdür". Valideynlərdə olan neqativ hallar uşaqlarda özünü göstərir. Valideynlərə onu tövsiyə edirik ki, uşaqları ilə daha çox zaman keçirsinlər, oyunlar oynasınlar. Məntiqi inkişaf etdirən müxtəlif oyuncaqlardan istifadə etsinlər. Uşaqla birlikdə rəsmlər çəksinlər. Yaradıcı oyunlarla vaxt keçirsinlər. Televiziyadan uşaqları bacardıqları qədər uzaq tutsunlar. Çox zaman valideynlər özləri hər hansı bir film və serial izləyirlər. Uşaqlar da gecə saatlarına qədər ata-analarla birgə film izləyirlər. 2,5 və 3 yaşdan sonra uşaqları mütləq bağçaya qoymaq barədə düşünmək lazımdır. Əgər uşaq hiperaktivdirsə, enerjisi çoxdursa, onu rəsmə, üzgüçülüyə və musiqi dərnəklərinə yazdırmaq olar. Bu tipli sosial fəaliyyətlərlə uşağın enerjisini yönləndirmək yaxşı olardı. Əsas tövsiyələr bunlardır. Əgər ehtiyac olarsa, psixoloqa müraciət etmək olar. Amma öncə nevroloq və psixiatr tərəfindən dəyərləndirilməsi mütləqdir. Çünki bəzən aqressiya orqanizmlə bağlı bir problemin nəticəsi olur. Nevroloq tərəfindən müayinə olunur, nevroloji fəsad yoxdursa, davranış problemi kimi dəyərləndirilir. Bu vaxt dərman vasitələrindən istifadə olunmur, psixoloqa müraciət edilir".

 "Ana bətnində uşağın öncə sinir sistemi formalaşır"

"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş uşaq psixoloqu Anara Quliyeva qəzetimizə açıqlamasında bildirdi ki, uşaqların sinir sisteminin formalaşması ana bətnində olduğu vaxtdan başlayır: "Davranış pozuntusu və nevroloji problemlərlə gələn uşaqların valideynləri ilə söhbət aparanda, ilk növbədə, ananın hamiləlik dövründə keçirdiyi prosesləri öyrənirik. Ana əsəb keçiribmi, ətrafdakılarla münasibəti necə olub, əgər yaxşı olmayıbsa, səbəbləri nələrdir, bu haqda məlumat alırıq. Çünki ana bətnində, uşağın öncə sinir sistemi formalaşır. Müvafiq ayda ananın keçirdiyi bütün hisslər doğuşdan sonra uşaqda təzahür edir. Əgər ana stress keçiribsə, hamiləlik dövrü yaxşı keçməyibsə və yaxud doğuş problemli olubsa, dünyaya gələn uşağı psixoloqdan əvvəl uşaq nevropatoloqu müayinə etməlidir. Nevropatoloq müayinəsinin nəticəsinə görə, uşaqda nevroloji əlamətlər müəyyənləşdirilməlidir. Əgər həkim doğuşdan sonra uşaqda heç bir nevroloji problem aşkarlamayıbsa, amma uşaqda davranış problemi varsa, bu artıq psixoloji narahatçılıqdır. Məsələn, uşaq yüksək səslə danışır, nitqi açılmayıb, amma danışmağa çalışır, barmağını əmir, dırnaqlarını yeyir, əlləri ilə saçlarını yolur. Bunlar davranış pozuntularıdır. Eyni zamanda uşaq böyüdükcə yalan danışmağa, oğurluq etməyə başlayır, bunları da davranış pozuntusu kimi göstərmək olar. Belə uşaqlarda impulsiv hərəkətlər müşahidə olunur. Bu nə deməkdir? Yəni uşaq istəkdənkənar hərəkətlər edir. Məsələn, danışdığı zaman əlində bir əşya varsa, qarşısındakı insana ataraq vura bilər. Çox vaxt bu halları valideynlər daha da ağırlaşdırırlar. Uşaqda belə hallar görəndə valideyn həmin anda həll etməyə çalışır. İstəyir ki, cəzalandırsın, qadağalar qoysun. Valideynlərin bu hərəkətləri uşaqda olan psixoloji narahatçılığı daha ağır formaya gətirib çıxarır. Təbii ki, qarşılıqlı olaraq valideyn özü də əsəb keçirməyə başlayır".

 Uşaqda davranış problemi hiss edən valideyn nə etməlidir?

Psixoloq Anara xanım uşağında davranış problemi hiss edən valideynlərin, ilk növbədə, bunun səbəbini axtarmalı olduqlarını dedi. O, bildirdi ki, heç bir davranış pozuntusu səbəbsiz yaranmır: "Tutaq ki, uşağın 3 yaşı var, nitqi hələ yaşına uyğun deyil, barmağını dişləyir, əmir, saçını yolaraq davranış problemlərini özündə göstərir. Bunu belə anlamaq lazımdır: deyək ki, yetişkən bir adam ingilis dilini bilmir. Amma İngiltərəyə gedir və orada yerli vətəndaşlarla danışmağa çalışır. Bu zaman fikrini çatdıra bilmədiyinə görə əsəbiləşir. İnsanlara öz istəyini izah edə bilməyəndə təbii olaraq insan stress keçirir. Uşaq da danışmaq istəyir, gülmək istəyir, hisslərini bildirmək istəyir, amma danışa bilmir, avtomatik olaraq şiddətə meyilli olur. Bəzi uşaqlarda bu, ikitərəfli olur, qarşısındakını da vurmağa çalışır. Bundan başqa, anasının saçını dartır, vurmağa çalışır. Bunlar davranış pozuntularıdır. Valideynlər bunun vaxtında qarşısını almayanda da, nevroloji həddə gəlib çıxır. Bu zaman dərman vasitələrindən istifadə olunur. Ona görə də valideynlər, uşaqda olan davranış pozuntularının səbəblərini bilməlidirlər. Ana ayırd etməlidir, bu ailədəki digər uşağın qısqanclığındandırmı, yoxsa nitqlə bağlıdır. Ana və ata arasında yaşanan problemlərin də uşağın davranışına çox böyük təsiri var. Çünki uşaqlar valideynlərinin problemlərini görəndə özlərini günahkar hiss edirlər. Elə bilirlər onun üzündən anası ilə atası dalaşır. Belə olanda da uşaq özü-özünü cəzalandırmağa başlayır. Valideynlərə tövsiyə edirik ki, uşaqda davranış problemi görəndə həmin anda problemə fokuslanmasınlar. Məsələn, uşaq barmağını əmirsə, ana düşünməməlidir ki, tez uşağın barmağına istiot vurum, cəzalandırım. Bu üsulların heç biri problemi həll etmir".

 "Uşaqlar 6 yaşına qədər təqlid etmə bacarıqları ilə inkişaf edirlər"

Müsahibimiz Anara xanım uşaqların televiziyaya baxmalarının da davranış problemi yaratdığını bildirdi. Psixoloqun sözlərinə görə, 2 yaşa qədər uşaq televiziyaya baxmamalıdırlar: "2 yaşdan 3 yaşına qədər cəmi 20 dəqiqə izləyə bilərlər. 3-5 yaşında 30-35 dəqiqə, 7 yaşına qədər isə gün ərzində 1 saata qədər televizora baxmalıdırlar. Bu, limitdir. Belə olmadığı halda uşağın beyni lazımsız informasiyalarla yüklənir. Bu da uşağın davranışlarında əks olunur. Təbii ki, bu limitdə nə izləmə də çox önəmlidir. Yaşına uyğun olmayan proqramlar onun şəxsiyyətinin düzgün inkişaf etməməsinə gətirib çıxarır. Ana ilə televiziyaya baxan uşaq özündə aydınlaşdıra bilmədiyi münasibətlər, şiddət, qan görəndə mənfi davranışları da arxasınca gətirir. Çünki 6 yaşına qədər uşaqlar təqlid etmə bacarıqları ilə böyüyürlər. Təqlid edə-edə inkişaf edirlər. Uşaq cizgi filmində gördüyü qəhrəmanın yıxılmasını maşının altında qalmasını, pəncərədən yıxılmasını və s. təqlid etməyə başlaya bilər. Uşaq da var, evdə divanın üstünə çıxaraq yerə tullanmağa çalışır və bu zaman zədə alır. Bundan əlavə, bəzi valideynlər uşağı televiziya qarşısında oturdur və danışdırmır ki, baxsın, təki səsi gəlməsin. Bu zaman tədricən uşağın zəkasının inkişafında gerilik yaranır. Çünki televizora baxdıqca onda bir tərəfli informasiya alınması gedir. Amma zəkanın inkişafı üçün ikitərəfli, yəni informasiya alınmalı və danışmalıdır. Müəyyən vaxtdan sonra uşaq beynini işlədə bilmir və zəka inkişafı passivləşir. Bütün bunlar isə davranış problemləri yaradır".

 "Valideyn uşağı ilə bağlı hər şeyin limitini bilməlidir"

Psixoloq valideynlərin uşaqlarını yaş dövrlərinə görə tanımasının vacibliyindən də danışdı: "Valideynlər yaş dövrünə uyğun uşaqlarını tanımalıdırlar. Hansı yaş dövründə uşağına nələr etməli olduqlarını analar bilməlidirlər. Çünki beyin olaraq uşaq psixikası bunu tələb edir. Məsələn, uşağın 3 yaşı var, proqrama görə, 3 rəng öyrənməlidir, hər hansı bir şəkli rəngləməyi bacarmalıdır, uşağa danışılan nağılı anasına danışaraq geri qaytarmalıdır. Bura həm də uşağı gün ərzində nə qədər vaxt həyətə çıxarıb gəzdirmək də daxildir. Uşaqla müzakirələr olmalıdır, əgər ata bütün günü işdə olursa, axşam evə gələndə ən azı 10 dəqiqə də olsa uşağla dialoq formasında nə isə etməlidir. Bu uşaqda həm şəxsiyyət, həm də zəka inkişafında özünü müsbət tərəfdən göstərəcək. Əgər bu sadaladıqlarım olmadıqda, bunlar zamanla uşaqda yığılaraq stresə səbəb olur. Nəticədə də aqressiv davranışlardan nevroloji problem əmələ gəlir. Valideyn uşağı ilə bağlı hər şeyin limitini bilməlidir. Bunu belə anlamaq lazımdır; deyək ki, normal insan gün ərzində 3 dəfə yemək yeməli, 5 dəfə çay içməlidir. Amma heç nə yemədən ac qalıb, axşam 3 öynəlik yeməyi birdən yeyən adam orqanizminə zərbə vurur. Bu mənada vaxtında uşağa nə vermək lazımdırsa, onunla necə münasibət qurmaq lazımdırsa, bunu valideynlər etməlidirlər. Heç bir uşaq dünyaya proqramlı şəkildə gəlmir. Uşağın davranışlarında ətraf təsirin çox böyük rolu var".
"Zaman Azərbaycan"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib

30 May 2017 13:55

Telman İsmayılovun mənzillərinə toxunmadılar

30 May 2017 13:52

MBNP "Atabank"ı nəzarətə götürüb

30 May 2017 13:52

Nişanından qayıdarkən ailəsi ilə qəzaya düşdü: anası və bacısı sağ qaldı - FOTO

30 May 2017 13:52

Nazir müavini: İşsizliyin azalaraq 5 faizə enməsinə nail olunub (FOTO)

30 May 2017 13:50

Keçmiş məhkum silahla yaxalanıb

30 May 2017 13:50

Elman Rüstəmov: Azərbaycanda uçot dərəcəsinə təkrar baxılacaq

30 May 2017 13:50

Manatın dollara nisbətdə orta çəkili məzənnəsi

30 May 2017 13:49

Xəyal REALLIĞA ÇEVİRİLİR: evlər “ağıllanıb” bu funksiyanı yerinə yetirəcək - FOTO

30 May 2017 13:48

Valideynlər: "Savadsız müəllimlər övladlarımıza dərs deməsin" - VİDEO

30 May 2017 13:47

Praqada AŞPA-nın Daimi Komitəsinin iclası keçirilir

30 May 2017 13:42

Qlobal korrupsiyanın illik həcmi 2 trln. dollara çatır

30 May 2017 13:42

Avropa Komissiyasının vitse-prezidenti: "Xəzər qazının Avropa bazarına çatdırılması reallığa çevrilir"

30 May 2017 13:42

Şimali Koreya ABŞ-ı HƏDƏLƏDİ: “Bizi buna məcbur etməyin”

30 May 2017 13:38

Bakıda avtobusda beli qırılan 21 yaşlı qız... - Həkimi açıqladı

30 May 2017 13:37

“Standard Insurance”in lisenziyası ləğv edilə bilər

30 May 2017 13:37

AccessBank "15=12" kredit kampaniyasına başlayır

30 May 2017 13:36

Mayın 31-nə manatın dollara nisbətdə orta çəkili məzənnəsi

30 May 2017 13:36

​Milyarderin nəvələri

30 May 2017 13:35

Müğənni Damla SİRLƏRİNİ AÇDI: “Ağlı olan heç vaxt...” - FOTOLAR

30 May 2017 13:33

Nazirlik turistlərə MÜRACİƏT ETDİ

30 May 2017 13:32

FİFA Riçard Almeydanın Azərbaycan millisində oynamasına razılıq verib

30 May 2017 13:32

"Tarqovı"da qoyun gəzdirdilər - VİDEO

30 May 2017 13:32

“Araz supermarket”in işçilərinə qarşı cinayət törədilib

30 May 2017 13:32

İranda 5 min illik qəbristanlıq aşkarlanıb

30 May 2017 13:32

ATV-nin aparıcısı "Space"ə keçdi - FOTO

30 May 2017 13:32

İftarda necə qidalanmaq lazımdır?

30 May 2017 13:28

Avtomobillər üçün uşaq oturacağı alanda nələrə diqqət yetirmək lazımdır?

30 May 2017 13:27

Bakı Rusiya - Səudiyyə Ərəbistanı - İran üçbucağında...

30 May 2017 13:27

Şərif Ağayav Kulis.az-ın baş redaktoru təyin olunub

30 May 2017 13:24

Dünyada güc balansı dəyişdi – ABŞ-Almaniya QARŞIDURMASI

30 May 2017 13:23

Müdafiə Nazirliyi işçi axtarır

30 May 2017 13:22

İlin əvvəlindən 70 min miqrant dənizlə Avropaya gəlib

30 May 2017 13:22

Məşhur müğənni ilə aktyorun istirahətinə baxın - FOTO

30 May 2017 13:22

Donuz balaları üçün yaradılan, amma indi hamının arzuladığı AVTOMOBİL - FOTOLAR

30 May 2017 13:18

EBRD: Mərkəzləşdirilmiş agentliklərin yaradılmasına ehtiyac var

30 May 2017 13:17

Rüfət Aslanlı: “Kredit aktivliyi ilə bağlı dəqiq rəqəmlər açıqlamağa hazır deyilik”

30 May 2017 13:17

"İçerde" serialını izləyənlər, mütləq oxuyun!

30 May 2017 13:16

Almas İldırımın 110 illik yubileyi qeyd ediləcək

30 May 2017 13:15

Arvadı ilə birləşib dostunu doğradı, qanını içdi - FOTO

30 May 2017 13:12

Kafedəki masada bu halda öldü

30 May 2017 13:10

Arvadını öldürən keçmiş polisin məhkəməsində: "Qızımın qanı batır"

30 May 2017 13:09

"AtaSığorta"nın 3 yeni filialı açılıb

30 May 2017 13:08

NASA Yupiterdəki qasırğanın FOTOLARINI yaydı

30 May 2017 13:08

Prokuror keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşına ağır cəza istəyib

30 May 2017 13:07

Gənclər üçün Təhsil Mərkəzi “Şanlı tarix - 99 il” “Twitter” aksiyası keçirib

30 May 2017 13:07

İyunun ilk gününün HAVAsı - XƏBƏRDARLIQ

30 May 2017 13:05

Ermənistan şirkətinin rəhbəri: "Ekvador bananını Azərbaycan üzərindən İrana idxal edəcəyik"

30 May 2017 13:05

MOSSAD gizli PLANI AÇDI: ABŞ qonşumuzu vurmaq üçün hərəkətə keçdi - DETALLAR

30 May 2017 13:03

IFC: Azərbaycan iqtisadi artım üçün yeni mənbələr axtarışındadır

30 May 2017 13:02