Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həkimlər Volqoqrada toplaşır

Date: 9 January 2016 19:24

Onlar taun və xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması problemlərinə dair konfransda iştirak edəcəklər

Gələn həftənin əvvəlində Rusiyanın Volqoqrad şəhərində “MDB ölkələri ərazisində yoluxucu xəstəliklərə qarşı mübarizənin qlobal strategiyasının tətbiqində müasir texnologiyalar” mövzusunda elmi-praktiki konfrans keçiriləcək. Volqoqraddakı Elmi-Tədqiqat Taun Əleyhinə Mübarizə İnstitutunun bazasında təşkil olunacaq dövlətlərarası konfransda Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndələri və bir qrup həkimlər iştirak edəcək.

Səhiyyə Nazirliyindən Lent.az-a bildiriblər ki, konfrans çərçivəsində MDB-yə üzv dövlətlərin ərazisinin sanitar mühafizəsi və xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması problemləri üzrə əlaqələndirmə şurasının iclası olacaq. İclasda Şuranın son iki ildə fəaliyyətinin nəticələri və 2009-cu il üçün vəzifələr müzakirə ediləcək.

İki gün davam edəcək tədbirin sonunda yoluxucu xəstəliklərdən qorunma və birgə mübarizə tədbirləri barədə üzv ölkələr arasında razılıq sənədinin imzalanması gözlənilir.

Elxan SALAHOV


Tags:  Həkimlər Volqoqrada toplaşır


RƏYLƏR


Top news