Türk xalq musiqisinin önəmli səslərindən biri Bircan Pullukçuğlu dünyasını dəyişib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, xəbəri musiqiçi Onur Akay Tvitter səhifəsində paylaşaraq yazıb:
"Xalq musiqisinin bel sümüyü qırıldı. Kaş ki, gənclər davam etdirsə... Allah rəhmət eləsin!".
Qeyd edək ki, 68 yaşlı Bircan TRT-nin əsas sənətçilərindən olub.
Milli.Az