Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rəssam qadın küçədə soyundu - VİDEO - FOTO

Rəssam qadın küçədə soyundu - VİDEO - FOTO

Date: 9 January 2016 19:57

Qalmaqallı isveçrəli rəssam Milo Muare Kelndə yanvarın 1-nə keçən gecə Afrika və Yaxın Şərqdən olan mühacirlərin  törətdikləri əməllərə qarşı "çılpaq etiraz aksiyası"  keçiribThe Telegraph yazır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yanvarın 8-də qız Kelndə yeni il gecəsində mühacirlərin şəhər sakinlərinə kütləvi hücum etdikləri mərkəzi dəmiryol vağzalının qarşısındakı meydana tamamən çılpaq çıxıb.

Milo Muare öz xarici görünüşü və "Bizə hörmət edin! Biz, hətta çılpaq olasq belə müdafiəsiz qurban deyilik" yazılmış plakat ilə yoldan keçənlərin diqqətini çəkmək istəyib.
Polis rəssama aksiyanı keçirməkdə mane olmayıb. Asayiş keşikçiləri yoldan keçənlərdən qızdan bir qədər uzaq durmalarını xahiş ediblər.

Milo Muare insanların kütləvi toplaşdığı məkanda ilk dəfə deyil ki, belə aksiya keçirir. 2015-ci ilin fevral ayında rəssam Almaniyanın Münster şəhərində tamamilə çılpaq və əlində gəlinciklə muzeyə gedib. Bundan başqa Muare ayaqları arasında toyuq yumurtası tutmaq performansı ilə də yadda qalıb.
Milli.Az





Tags:  Rəssam qadın küçədə soyundu VİDEO FOTO

RƏYLƏR


Top news